Bir çox rəvayətlərdə müsəlmanların böyük bayramı olan mübarək Qədir Xum gününün əməllərinin savabı və fəzilətləri haqqında danışılmışdır. Həmçinin bu böyük bayramın dünya və axirət hacətlərinin yerinə yetirildiyi gün olduğu da qeyd edilmişdir.
Qədir Xum bayramının müstəhəb əməlləri
- Qüsl etmək
- Qədir Xum günü namazını qılmaq
- Nüdbə duasını oxumaq
- Oruc tutmaq
- İftar yeməyi vermək
- Təmiz və gözəl paltar geyinmək
Qardaşlıq əqdi (əhd bağlamaq)
Bu gün vilayət günüdür, vilayət günü isə qardaşlıq günüdür. Bu iki məfhum bir-birindən ayrılmaz və onları birləşdirən iman halqasıdır. Çünki iman vilayətlə möhkəmlənir, eyni zamanda möminlər bir-birinin qardaşıdır: “Həqiqətən möminlər qardaşdırlar.” Buna görə də qardaşlıq əqdi Qədir gününün ədəblərindən sayılır.
Əl sıxmaq (müsafihə)
Bu gün əl sıxarkən xüsusi zikr demək tövsiyə olunmuşdur: “Əl-həmdulilləhilləzi cəələna minəl-mütəməssikin bi vilayət Əmirəl-möminin Əli vəl-əimmə (ələyhimus-salam)” Yəni: “Həmd olsun Allaha ki, bizi Əmirəl-möminin Əlinin və imamların vilayətinə sarılanlardan qərar verdi.”
Qohumlarla əlaqə saxlamaq (siləyi-rəhim)
İmam Sadiq (əleyhis-salam) buyurur: “Qədir Xum bayramı günü siləyi-rəhim etmək müstəhəb əməllərdəndir.”
Möminlərin ehtiyaclarını ödəmək
Əmirəl-möminin Əli (ələyhis-salam) buyurmuşdur:
Kim Qədir Xum günü möminlərin ehtiyacını ödəsə, mən Allah yanında ona zaminəm ki, küfrə düşməkdən və pərişanlıqdan amanda qalsın.