Most searched:

Hədiyyə vermək

Hədiyyə verməklə Qədir Xum gününün sevincini qalıcı etmək

Hədiyyə vermək və qəbul etmək şəri qaydalara riayət etməklə bəyənilən bir əməldir və xüsusilə uşaqlar və yeniyetmələr üzərində özünəməxsus psixoloji təsirlərə malikdir. Rəvayətlərdə dəfələrlə tövsiyə olunan ən gözəl zamanlardan biri isə Qədir Xum bayramında hədiyyə verməkdir.

İmam Rza (əleyhis-salam) buyurmuşdur:

Qədir Xum günü hədiyyə və bəxşiş günüdür. (1)

Nəql olunur ki, imam Həsən (ələyhis-salam) Qədir Xum bayramı günü Kufədə böyük bir qonaqlıq təşkil edərdi. Əmirəl-möminin Əli (ələyhis-salam), övladları və bir qrup tərəfdarı ilə namazdan sonra bu məclisdə iştirak etmək üçün imam Həsənin (ələyhis-salam) evinə gedərdi. Qonaqlıq başa çatdıqdan sonra İmam Həsən (əleyhis-salam) insanlara hədiyyələr verərdi.

Fəyyaz Tusı deyir:

Qədir bayramı günü İmam Rzanın (ələyhis-salam) hüzuruna çatdım. Həzrət bir qrup xüsusi şəxsləri iftar üçün saxlamışdı. Onların ailələri üçün yemək, müxtəlif hədiyyələr və bəxşişlər göndərmiş, həmçinin onlara paltar, üzük və ayaqqabı hədiyyə etmişdi.” (2)

Mənbələr:

  1. Seyid İbn Tavus, İqbalul-əəmal, c. 1, s. 464–465, Tehran: Darul-kutubul-İslamiyyə, 1409 h.q.
  2. Əllamə Məclisi, Biharul-ənvar, c. 95, s. 322, Beyrut: Darul-İhya ət-Turas əl-Ərəbi, 1403 h.q.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir