İmam Əli (ə) hərəmi “Əliyə olan sevgi ilə əkirik” aksiyasının ikinci mərhələsində 15 min ting paylayıb.
İmam Əli (ə) hərəmi “Əliyə olan sevgi ilə əkirik” aksiyasının səkkizinci gününü Nəcəf əyalətində yaşıllıq sahələrin artırılması məqsədilə, xidmətçilər üçün xüsusi “Qənbər” mərkəzinin əməkdaşlığı və əlaqədar şöbə və bölmələrin dəstəyi ilə şətəvərlər (vətəndaşlar) arasında pulsuz ting paylamaqla keçirib. Bu tədbir hərəmin ağacəkmə mədəniyyətini təbliğ etmək və ətraf mühiti qorumaq istiqamətindəki səyləri çərçivəsində həyata keçirilir.
Aksiyanın komitə üzvlərindən biri olan Zirqam Hətim hərəmin xəbər mərkəzinə verdiyi açıqlamada bildirib: “Hərəmin gül düzənləmə şöbəsi tinglərin ikinci mərhələsinin paylanılmasına başlayıb. Bu mərhələdə 15 min ting paylanılır; bu zaman birinci mərhələ də məhz elə bu sayda tingin paylanılması ilə başa çatmışdı.”
O, vətəndaşların tinglərə daha asan əldə etməsi üçün onların bir neçə nöqtədə paylandığına işarə edərək əlavə edib: “Daha çox insanın bu aksiyadan faydalana bilməsi üçün “Əl-Ğədir” və “Ən-Nəxil” istirahətgahları, Müəllimlər məhəlləsi və bir neçə digər nöqtə tinglərin paylanılması üçün nəzərdə tutulub.”
O sözlərini belə davam etdirib: “Tinglər vətəndaşlara təmənnasız (pulsuz) olaraq təqdim edilir və onların böyüməsi və qalmasını təmin etmək üçün düzgün əkin qaydalarına riayət olunması vurğulanır; çünki ağacəkmədə uğur təkcə ting təmin etməklə məhdudlaşmır, həm də düzgün əkin və onlara qulluq üsullarından xəbərdar olmağı tələb edir.”
Xidmətçilər üçün xüsusi “Qənbər” mərkəzinin rəhbəri Əhməd əz-Zurkani bildirib: “Bu aksiya İmam Əli (ə) hərəminin rəhbərliyinin göstərişi ilə, eləcə də media və mexanizasiya (texnika) şöbələrinin və digər bir neçə bölmənin dəstəyi ilə başladılıb.”
O, cari ildə bu aksiyaya ayrılan tinglərin sayının ötən illə müqayisədə iki dəfə artdığına işarə edərək deyib: “Bu il üçün nəzərdə tutulmuş tinglərin sayı təxminən 30 min ədədə çatıb.”
Əz-Zurkani həmçinin izah edib: “Tinglərin paylanılması üçün Nəcəf əyalətində “Ən-Nəxil” və “Əl-Ğədir” istirahətgahlarını və Müəllimlər məhəlləsini əhatə edən yeni nöqtələr nəzərdə tutulub. Həmçinin paylanılma dairəsini genişləndirmək və vətəndaşların tinglərə daha asan əldə etməsi üçün digər müəssisə və qurumların əməkdaşlığı ilə Məşxəb və Kufə şəhərlərində yeni mərkəzlər yaradılıb.”
Bir qrup vətəndaş və zəvvar da İmam Əli (ə) hərəminin bu addımını yüksək qiymətləndirib, hərəmin pulsuz ting təmin etmək, insanları onları əkməyə və qorumağa həvəsləndirmək istiqamətindəki səylərini təqdir ediblər; bu təşəbbüs Nəcəf əyalətində yaşıllıq sahələrin artmasına və ekoloji vəziyyətin yaxşılaşmasına kömək edir.
İmam Əli (ə) hərəmi bu aksiyanı həyata keçirməyə və ehtiyat bitənədək pulsuz ting paylamağa davam edir. Bu layihə vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb və onların bir çoxu evlərinin ətrafında ting əkmək üçün addım atır; bu təşəbbüs Nəcəf əyalətində yaşıllıq sahələrin artmasında və ekoloji şüurun yüksəlməsində mühüm rol oynayır.




















