İmam Əli (ə) hərəmi Beynəlxalq “Həzrət Məhəmməd (s) və imam Sadiq (ə)” həftəsi ərəfəsində Nəcəf-Əşrəf şəhərinin bəzədilməsi işlərini başa çatdırıb.
İmam Əli (ə) hərəminin Mühəndislik və İnfrastruktur İşləri bölməsi “Həzrət Məhəmməd (s) və imam Sadiq (ə)” Beynəlxalq Həftəsinin beşinci mərhələsinin keçirilməsi ərəfəsində plakatların və müxtəlif təbliğat konstruksiyalarının quraşdırılmasına başlayıb.
Emalatxanalar bölməsinin rəhbəri mühəndis Əli İsmayıl xəbər mərkəzinə verdiyi açıqlamada bildirib: “Bu bölmənin əməkdaşları sözügedən münasibətə həsr olunmuş təbliğat konstruksiyalarının Nəcəf şəhərinin bir sıra mühüm məntəqələrində quraşdırılmasına başlayıblar. Bunlara şəhərin qədim hissəsinə girişlər, 1920-ci il İnqilabına aid körpülər, həmçinin Nəcəf-Əşrəfin əsas küçələri və vilayətə xaricdən giriş yolları daxildir.”
O əlavə edib: “Bu işlər çərçivəsində İmam Əli (ə) hərəminin müqəddəs məkanında və Həzrət Zəhra (s.ə.) həyətində də bir sıra təbliğat konstruksiyaları quraşdırılıb.”
Quraşdırılan çap materiallarının ümumi sahəsinin 1000 kvadratmetrdən çox olduğunu bildirən Əli İsmayıl deyib: “Bu materialların sayı da təxminən 170 ədədə çatır.”
Qeyd edək ki, bu tədbirlər Peyğəmbər Əkrəm həzrət Məhəmmədin (sallallahu əleyhi və alih) və İmam Cəfər Sadiqin (əleyhis-salam) mövludlarının ildönümünə hazırlıq çərçivəsində həyata keçirilir və bu iki mübarək hadisənin qeyd olunması üçün münasib mühitin hazırlanmasına xidmət edir.







