Müqəddəs imam Əli (ə) hərəmi İraq və İran tərəfləri arasında mövcud olan dərin əlaqə və əməkdaşlığın göstəricisi olan humanitar və xidmət proqramı çərçivəsində İranın Minab şəhərindən gəlmiş “Şəcərəyi-Təyyibə” məktəbi şəhidlərinin ailələrini qarşılayıb.
Rəsmi qarşılama
Müqəddəs imam Əli (ə) hərəminin xarici əlaqələr şöbəsinin məsulu Həsən əl-Miyali bildirib:
“İmam Əli (ə) hərəminin rəhbərinin müavini Ehsan ət-Tai, idarə heyətinin bir qrup üzvü və xarici əlaqələr şöbəsinin xidmətçiləri ilə birlikdə zəvvar heyətini qarşılayaraq onların gəliş anından etibarən bütün zəruri şərait və xidmətlərlə təmin olunmalarını təşkil etmişlər.”
O əlavə edib:
“Heyət, Əmirəlmöminin Əlinin (ələyhis-salam) müqəddəs hərəminin yaxınlığında yerləşən iqamətgahına qədər müşayiət olunub ki, onların qalacaqları müddət ərzində lazımi xidmətlər və münasib şərait təmin edilsin.”
Əməkdaşlıq memorandumu
Əl-Miyali qeyd edib ki, bu heyətin qarşılanması müqəddəs imam Əli (ə) hərəminin rəhbərliyi ilə İran İslam Respublikasının məsul şəxsləri arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilib. Həmin memorandum əməkdaşlığın genişləndirilməsi, zərərçəkmiş ailələrə dəstək göstərilməsi və onlara qayğı ilə yanaşılması məqsədilə imzalanmışdır.












