İmam Hüseyn (ə) əzadarları Aşura gününün zöhr vaxtı həzrət Əmirəlmöminin Əlinin (ə) müqəddəs hərəminin kənarında təşkil olunan məqtəlxanlıq mərasimində iştirak edərək, Kərbəla şəhidlərinin sərvəri imam Hüseynin (ə) müsibətinə göz yaşı tökdülər.
Bu görüntülərdə imam Hüseyn (ə) matəm iştirakçılarının Aşura faciəsinin və Əmirəlmömininin (ə) oğlu imam Hüseynin (ə) və onun ailəsinin başına gətirilən müsibətlərin hüznünü müqəddəs imam Əli (ə) hərəminin yaxınlığında ehtiram və kədər içində yad etdikləri əks olunur.
Qeyd edək ki, bu gün İraqda Aşura günüdür.









