Most searched:

Əmirəlmöminin (ə) kitabxanası

Əmirəlmöminin (ə) kitabxanasının Bəəs rejimi dövründə qorunmasının sirri

Şübhəsiz, böyük alim Əbdülhüseyn Əmini adı qiymətli əl-Ğədir kitabı ilə bağlıdır. Bu kitabın tədqiqi və yazılması üçün alim təxminən yarım əsrini sərf etmiş, lakin sonradan qəfil xəstəlik və erkən vəfatı səbəbindən kitabın bəzi hissələri tamamlanmamış qalmışdır.

Əllamə Əmini «əl-Ğədir» üzərində apardığı araşdırmalar nəticəsində şiə tədqiqatçı cəmiyyətinə böyük bir töhfə vermişdir: müxtəlif ölkələrin kitabxanalardan kitabları əlyazma ilə köçürərək toplamışdır. Çünki o dövrdə kopyalama texnologiyası yox idi, Əmini kitab üzərində apardığı araşdırmalar üçün lazım olan əsərləri tamamilə əlyazma şəklində özü üçün yazmalı idi.

Bu əlyazmalar müxtəlif ölkələrin böyük kitabxanalarında aparılmış tədqiqat nəticəsində yazılmış və Əl-Ğədir yazıldıqdan sonra digər şiə tədqiqatçılarının istifadəsinə verilmişdir.

Digər tərəfdən, «Əl-Ğədir»i yazarkən çoxsaylı çətinliklərlə üzləşən Əllamə Əmini qərara gəlmişdir ki, bu problemi bir dəfəlik həll etsin və şiə cəmiyyəti üçün Nəcəfdə «Əmirəlmöminin (ə) kitabxanası»nı yaratsın.

O görürdü ki, dünyanın bəzi kitabxanaları milyonlarla kitabla təchiz olunub, lakin Nəcəf, şiə mərkəzi və elm ocağı olmasına baxmayaraq, tələbələr üçün yetərli kitabxana yoxdur. Ən böyük kitabxanası yalnız 4 min cild kitabdan ibarət idi. Bu, onun üçün anlaşılmaz idi: Nəcəf kimi min illik universitetə malik bir şəhərin kitabxanası niyə mövcud deyil və müəlliflər, tədqiqatçılar şiə mədəniyyətini dünyaya tanıda bilmirlər?

Əllamə Əmininin övladının sözləri

Əllamə Əmini əl-Ğədir kitabının on birinci cildini 1372 hicri qəməri ilində nəşr etdirdikdən sonra qələmi kənara qoymuş və “Əl-İmam Əmirəlmöminin (ələyhis-səlam) Ümumi Kitabxanasını yaratmaq işinə başlamışdır.

Əl-Ğədir kitabının yazılmasının gecikmə səbəbləri

Təxminən 1352 hicri qəməri ilində Əllamə Əmini əl-Ğədir kitabının yazılmasına başlamışdır, lakin dərhal iki ciddi problem ilə qarşılaşmışdır. Bu iki problem işin gecikməsinə səbəb olmuş və kitabın yazılması ilə keçən vaxt ərzində daha çox əhəmiyyət kəsb etmişdir.

Birinci problem Nəcəfdə ictimai və ixtisaslaşdırılmış kitabxanaların olmaması, ikinci problem isə tarix, ədəbiyyat və İslam elmlərinə dair mənbə və sənədlərin əskikliyi idi.

Əgər ailə və ya tayfa daxilində bir kitabxana mövcud idisə, onun keyfiyyətindən və sayından asılı olmayaraq, başqalarının istifadə etməsi mümkün deyildi və sahibləri buna icazə vermirdi.

Məsələn, mərhum Əllamə Əmininin qonşuluğunda bir dini hakim kitabxana yaratmışdı. Bu kitabxanada yüzlərlə çap və əlyazma mənbə mövcud idi, lakin qapılar başqalarına bağlı idi.

Bir gün Əllamə Əmini bir kitaba ehtiyacı oldu, utancaqlıqla qonşusunun evinə getdi və hörmətlə dedi:
Yaszı işim üçün flan kitaba ehtiyacım var.
Qonşu cavab verdi: Bu kitab məndə yoxdur.
Əllamə Əmini dedi: Sizdə bu kitab var və indi oxuma masasında yerləşir.
Kitabxananın sahibi dedi: Bəli, kitab mənimdir, amma sizə verməyəcəm.

Belə çətinliklər, tədqiqat və araşdırma ilə dolu bir alim həyatı üçün çox rast gəlinirdi. Buna görə də Əllamə Əmini, ehtiyac duyduğu kitab və mənbələri əldə etmək üçün Nəcəf, Kərbəla, Kazimeyn, Bağdad, Samirra kimi şəhərlərə və Hindistan, İran, Pakistan kimi ölkələrə gedib-gəlirdi, dostlarından və tanışlarından kitabxana sahiblərinin adlarını öyrənir və onlara müraciət edirdi. Çox vaxt uğur qazanır, nadir hallarda isə nəticəsiz qalırdı. Bütün çətinliklərə baxmayaraq, əl-Ğədir kitabının tədqiqat və yazı işi davam edirdi.

Atamın maddi vəziyyəti belə idi ki, bu mənbələri almağa və əldə etməyə imkan vermirdi. Onun yüksək mənəviyyatı, təqvası və təvazökarlığı isə onu heç kimdən kömək istəməməyə vadar edirdi; bu yolda əziyyət çəkir və kədərlənirdi.

Birinci addım: kitablarını kitabxanaya hədiyyə etmək

Əllamə Əmini Nəcəfdə kitabxana yaratmaq qərarına gəldikdən sonra bir neçə açıqlama ilə bu niyyətini ictimaiyyətə çatdırdı. Bu təşəbbüs bütün təbəqələr və insanlardan böyük maraq gördü və hər gün İraqın müxtəlif şəhərlərindən kitabxanaya hədiyyə olunmuş kitablar gəlirdi.

Lakin Əmirəlmöminin (ə) kitabxanasına kitablarını hədiyyə edən ilk şəxs özü mərhum Əllamə Əbdülhüseyn Əmini oldu. Onun verdiyi kitabların sayı 5–6 min cilddən çox idi və etibarlı tarixi mənbələr, həm sünni, həm də şiə əsərləri və sənədləri əhatə edirdi.

Əllamə Əmini mənə tövsiyə etdi ki, biz, kitabxananın təsisçiləri olaraq, kitablarımızı hədiyyə etməsək, başqaları üçün nümunə olmayacaq. Mən atama dedim:
Siz hər nə buyursanız, onu yerinə yetirməyə hazıram.
O isə dedi:
Bu kitabxana sizin və hər kəs üçün nəzərdə tutulub, sən də öz kitablarını Əmirəlmöminin (ə) kitabxanasına hədiyyə et.

Hər gün bu hədiyyələr Nəcəfə axışırdı.

Mərhum Ağa Şeyx Cavad Tehrani, Tehranın vaizlərindən, şəxsi kitabxanasını Əmirəlmöminin (ə) kitabxanasına hədiyyə etdi. Həmçinin Sərlşəkar Zərqami, dəyərli və nadir əlyazmaları hədiyyə etdi o kitablarən  bəziləri ceyran dərisinə  yazılmış kitablar idi, mərhum Seyid Rza Xan Sadatc Əxəvi, mərhum Şeyx Cavad İraqi və mərhum Əbuəlqasim Təsuci Hindi kimi şəxslər öz nadir və qiymətli kitabxanalarını Əmirəl-möminin Əlinin kitabxanasına verdilər.

Qısa müddət ərzində kitabxana böyüdü və alimlərdən əlavə olaraq xalq tərəfindən verilən kitablarla yanaşı, Tehranın bəzi mötəbər ailələri də nadir əşyalarını və qiymətli hədiyyələrini kitabxanaya verdilər. Hər bir şəxs üçün öz adını daşıyan xüsusi rəf ayrılırdı ki, kitabları hədiyyə edənlər müəyyən olsun.

Bu kitabxana zamanında bütün baxımdan ən geniş kitabxanalardan biri idi. Hal-hazırda da bu genişlik qorunmuş ola bilər. Tələbələr, universitet tələbələri və tədqiqatçılar kitabxanaya çox gəlirdilər, qeydiyyat otağında isə növbə gözləyən çoxlu müraciətçi olurdu.

Kitabxana iki mərtəbədən ibarət idi, hər mərtəbədə 50 stul vardı. 50-ci illərdə kitabxanada təxminən 170 min çap kitab və 5–6 min əlyazma mövcud idi. Əlyazmalar bölməsi çap kitablarından daha qiymətli hesab olunurdu. Əllamə Hilli tərəfindən yazılmış əlyazma risalə və kitablar burada saxlanılırdı. Həmçinin Şeyx Tusi tərəfindən yazılmış «Tibyan» təfsirinin bir hissəsi də burada əlyazma şəklində mövcuddur.

Nəhayət, çoxsaylı zəhmətlərdən sonra, 1379 hicri qəməri ilində Qədir Xum bayramı günü bu kitabxana açıldı. Təntənəli açılış mərasimində çox sayda alim və tədqiqatçı iştirak etdi. Şeyx Ağa Bozorg Tehrani, “əl-Zəriə”nin müəllifi, çox qoca olmasına baxmayaraq tədbirdə iştirak etmişdi.

O kitabxanaya daxil olduqda dedi: Əgər insanlardan çəkinməsəydim, bu kitabxananın qapısı qarşısında səcdə edərdim. Bu kitabxanada təxminən 500 min kitab mövcuddur, müxtəlif dillərdə, 70 min isə əlyazmadır.

Bəəs rejiminin kitabxanalara qarşı hərəkəti

İraq dövləti bir qəribə addım ataraq ölkədəki bütün kitabxanaları toplayıb Bağdada gətirdi. Lakin Əllamə Əmininin əzmi və kitabxananın həqiqi sahibi olan Əmirəlmöminin (ə) himayəsi sayəsində bu kitabxana hər cür müdaxilədən qorundu.

Əllamə Əmininin oğlu, Dr. Məhəmməd Hadi Əmini deyirdi:
«Mən Livan universitetində dərs deyərkən, İraqın bir neçə alimi mənim yanıma  gəldi və dedi: Bəəs rejimi İraqdakı bütün kitabxanaları ələ keçirib və Bağdada göndərib, amma Əmirəlmöminin (ə) kitabxanasına toxunmayıb.
Rejim demişdi: Biz Əllamə Əmini ilə başa çıxa bilmərik!

Qeyd etmək lazımdır ki, mərhum Əllamə Əmini əl-Ğədiri yazmaq üçün etdiyi səyahətlər zamanı kitabxanadakı bəzi əlyazmaları öz əlyazması ilə köçürmüş və orijinal nüsxəni kitabxanaya hədiyyə etmişdir.

Mənbə: «Xum Xana»; İmam Əli (ə) müqəddəs hərəminə həsr olunmuş xüsusi buraxılış

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir