Most searched:

Ərbəin günlərində imam Əli (ə) müqəddəs ziyarətgahının mühəndislik və tikinti xidmətləri

İmam Əli (ə) müqəddəs ziyarətgahı Ərbəin zəvvarlarına xidmət göstərmək üçün bütün mühəndislik və tikinti imkanlarını səfərbər edib.

İmam Əli (ə) müqəddəs ziyarətgahının Mühəndislik və Tikinti işləri bölməsi Ərbəin ziyarətinə xüsusi sahə və xidmət tapşırıqlarını həyata keçirməklə, həmçinin ziyarətgahın müxtəlif bölmələrinə mühəndislik və tikinti dəstəyi göstərməklə Nəcəfi-Əşrəfə İmam Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) ziyarətinə gələn və daha sonra müqəddəs Kərbəla şəhərinə yollanacaq milyonlarla zəvvara xidmətlərin davamlı şəkildə göstərilməsinə şərait yaradır.

İmam Əli (ə) müqəddəs ziyarətgahının Mühəndislik və Texniki İşlər bölməsinin rəhbəri Mustafa Məhbubə ziyarətgahın xəbər mərkəzinə verdiyi açıqlamada bildirib:

“Ziyarətgah rəhbərliyinin göstərişi ilə bu bölmənin müxtəlif şöbə və vahidlərində çalışan xidmətçilər Səfər ayının ilk günündən fəaliyyətə başlayıblar. Bu tədbirlər Ərbəin xidmətlərinə dəstək məqsədilə hazırlanmış nizamlı proqram çərçivəsində həyata keçirilib. Proqrama müvəqqəti yaşayış yerlərinin, istirahət məkanlarının və zəvvarlara yemək təqdim ediləcək sahələrin hazırlanması daxildir.

Həmçinin imam Əli (ə) müqəddəs ziyarətgahının ətraf əraziləri digər bölmələrlə koordinasiya və əməkdaşlıq şəraitində bütün zəruri imkan və avadanlıqlarla təchiz edilərək istifadəyə hazır vəziyyətə gətirilib.”

O əlavə edib:

“Bu bölmənin xidmətlərinin ikinci istiqaməti zəvvarlara təbərrük yeməklərinin və içməli suyun paylanması, eləcə də onların qarşılanması məqsədilə Həzrət Əbu Zərr Qəffari xidmət məntəqəsinin fəaliyyətə başlaması olub.

Üçüncü istiqamət isə səyyar texniki, mühəndislik və ixtisaslaşmış xidmət qruplarının yaradılmasıdır. Bu qruplar gecə-gündüz xidmətə hazır vəziyyətdədirlər. Zəvvarlara xidmət göstərilən məkanlardan, girişlərdən və imam Əli (ə) müqəddəs ziyarətgahına aparan yollardan hər hansı ehtiyac barədə müraciət daxil olduqda, ən qısa zamanda həmin yerlərin təmiri, avadanlıqlarla təmin olunması və yenidən xidmət dövriyyəsinə qaytarılması üçün fəaliyyət göstərirlər.”

Qeyd etmək lazımdır ki, imam Əli (ə) müqəddəs ziyarətgahı milyonlarla Ərbəin zəvvarını qarşılamaq üçün xidmət sahəsində geniş və hərtərəfli proqram hazırlayıb. Bu proqram İmam Hüseynin (ə) zəvvarları və əzadarlara layiqli ev sahibliyi etməklə yanaşı, Ərbəin günləri boyunca onlara ən yüksək səviyyədə məişət, texniki və dəstək xidmətlərinin təqdim edilməsini nəzərdə tutur.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir