Most searched:

Ərbəin zəvvarları

İmam Əli (ə) hərəminin rəhbəri Ərbəin zəvvarlarına göstərilən xidmətlərlə yerində tanış olub

İmam Əli (ə) hərəminin rəhbəri Seyid İsa əl-Xərsan Ərbəin piyada yürüşü marşrutunda yerləşən “Mürtəza” istirahət məntəqəsində zəvvarlara göstərilən xidmətləri yerində qiymətləndirib.

İmam Əli (ə) hərəminin rəhbəri Seyid İsa əl-Xərsan, Ərbəin Hüseyni zəvvarlarına xidmət məqsədilə hərəm əməkdaşları tərəfindən piyada yürüşü marşrutunda, 96-cı dirəyin yaxınlığında yerləşən “Mürtəza” istirahət məntəqəsində təqdim olunan xidmətlərlə yerində tanış olub və xidmət prosesini yaxından izləyib.

Səfər çərçivəsində o, iaşə və qonaqpərvərlik bölmələrinin məsulları, eləcə də xidmət, istiqamətləndirmə və mədəniyyət məntəqələrinin rəhbərləri ilə görüşərək onların fəaliyyəti barədə məlumat alıb.

Seyid İsa əl-Xərsan gecə-gündüz fədakarlıqla çalışan əməkdaşların Ərbəin zəvvarlarına göstərdikləri davamlı xidmətləri yüksək qiymətləndirib, onların səmərəli fəaliyyətini təqdir edərək təşəkkürünü bildirib.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir