Müqəddəs İmam Əli (ə) hərəminin Mərkəzi Xəbər bölməsinin məlumatına görə, imam Əli (ə) hərəmi İslam Universiteti və İraqın bir sıra digər universitetlərinin 2025-2026-cı tədris ili üzrə məzunlarının möhtəşəm mərasiminə şahidlik etmişdir.
Bu mərasim, Möminlərin Əmiri Əlinin (ə) nurani hüzurunda ismət və sədaqət andı içilməsi ilə eyni vaxta təsadüf etmiş, ailələrin və müəllim heyəti üzvlərinin iştirakı ilə elm, iman və öhdəçiliyin vəhdətinin unudulmaz mənzərəsini nümayiş etdirmişdir.
Nəcəf Əşrəfdəki İslam Universitetinin rektoru dr. Əmmar əs-Səlami bu mərasimin keçirilməsindən məmnunluğunu ifadə edərək vurğulamışdır: Belə mərasimlər tələbələrin elmi və ictimai mövqeyinin yüksəldilməsinin simvolu və cəmiyyətdə onların nüfuzuna hörmətin təcəssümüdür.
O, müqəddəs imam Əli (ə) hərəminin məsul işçilərinə və bütün təşkilatçılara təşəkkürünü bildirərək, bu hərəmin məzunların ruhiyyəsinin və motivasiyasının gücləndirilməsindəki rolunu əhəmiyyətli hesab etmişdir.
Mərkəzi İslam Universitetinin Tərbiyə (Pedaqoji) Kollecində İngilis Dili şöbəsinin müdiri dr. Naciḥ ər-Rümaihi, Nəcəf, Hillə və Divaniyyə universitetlərindən 3 mindən çox tələbənin iştirakına işarə edərək bildirmişdir: Bu universitetlərin tələbələri elmi və dini cəhətdən layiqli şəkildə tərbiyə olunmuşlar ki, İraqda möhkəm və təsirli bir cəmiyyətin qurulmasında rol oynaya bilsinlər.
O, müqəddəs imam Əli (ə) hərəminin bu mərasimin keçirilməsindəki dəqiq koordinasiyasını və diqqətçəkən nizam-intizamını təqdirəlayiq hesab etmişdir.
İslam Universitetinin Divaniyyə bölməsində İngilis Dili şöbəsinin müdiri dr. Cəbbar əs-Sultani, bu mərasimin üçüncü ildir ki, müqəddəs imam Əli (ə) hərəminin yaxınlığında keçirildiyini bildirərək qeyd etmişdir: Bu mərasim Əhli-Beytə (ə) sədaqətin və Möminlərin Əmirinin (ə) ali dəyərlərindən – əxlaq, cəsarət və insani prinsiplərdən – ilham almanın təkrar təsdiqidir. Bu dəyərlər gələcək nəsillərdə həmin keyfiyyətlərin möhkəmləndirilməsində fundamental rol oynayır.
O, həmçinin tələbələrə ev sahibliyi etməkdə və onların qəlblərində sevinc və şadlıq yaratmaqda müqəddəs imam Əli (ə) hərəminin dəstəyinə görə təşəkkürünü bildirmişdir.
Kufə Universitetinin Qızlar üçün Tərbiyə (Pedaqoji) Kollecində Coğrafiya şöbəsinin müdiri, dosent dr. Heylin Məhəmməd Əbdülhüseyn, bu şöbənin məzun tələbələrini təbrik edərək onlara uğurlar arzulamış və müqəddəs imam Əli (ə) hərəminin rəhbərliyinə gözəl təşkilatçılığına və geniş, qarşılıqsız dəstəyinə görə minnətdarlığını bildirmişdir.
Ali Sağlamlıq İnstitutunda Anesteziologiya şöbəsinin müdiri dr. Heydər İbrahim Əli, bu institutun doqquzuncu buraxılış tələbələri üçün fərqli bir mərasim keçirdiyinə görə müqəddəs imam Əli (ə) hərəminə təşəkkür edərək, müqəddəs məkanın ab-havasında yüksək nizam-intizam səviyyəsini, icra keyfiyyətini və mənəviyyatını vurğulamışdır.
İslam Universitetinin Divaniyyə bölməsinin Mühəndislik Kollecinin məzunlarından Züheyr Fazil əz-Zircavi demişdir: Müvəffəqiyyətimizi və məzuniyyət sevincini ağamız Sahibəz-Zamanın (Allah onun zühurunu tez etsin) müqəddəs dərgahına həsr edirik və bütün əyalətlərdən olan məzunlara ev sahibliyi etmək üçün göstərdiyi geniş səylərə görə müqəddəs imam Əli (ə) hərəminə ürəkdən təşəkkür edirik.
Mərasimin sonunda ziyarət oxundu, məzuniyyət andı içildi, müəllimlərlə xatirə fotoları çəkdirildi və hədiyyələrlə güllər paylandı. Beləliklə, Möminlərin Əmiri Əlinin (ə) müqəddəs məzarı yaxınlığında keçirilən bu mərasim sevinc, elmi uğurlarla dolu bir yola qürur və müvəffəqiyyət sevincinin gözəl mənzərələrini əks etdirdi.