Ərbəin zəvvarlarının səfərini asanlaşdırmaq məqsədilə İmam Əli (ə) Hərəmi Bəle mesajlaşma platformasında Zəvvar Bələdçisi xidmətini istifadəyə verib. Bu xidmət sayəsində zəvvarlar ehtiyac duyduqları məlumat və xidmətlərə daha sürətli və rahat şəkildə çıxış əldə edə biləcəklər.
İmam Hüseynin (ə) Ərbəin günləri yaxınlaşdıqca və Həzrət Seyyidüş-Şühədanın (ə) zəvvarlarına göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində İmam Əli (ə) Hərəminin Zəvvar Bələdçisi istifadəyə verilib.
Bu rəqəmsal köməkçi zəvvarların ziyarət boyunca onlara bələdçilik etmək məqsədilə hazırlanıb və ehtiyac duyduqları hərtərəfli, faydalı məlumatları təqdim edir. Xidmət vasitəsilə yaşayış məkanları, xidmət məntəqələri (mökəblər), mehmanxanalar, tibb mərkəzləri, nəqliyyat xidmətləri, iaşə məntəqələri və digər zəruri imkanlar haqqında məlumatlara asanlıqla çatmaq mümkündür.
İmam Əli (ə) Hərəminin Zəvvar Bələdçisi, Nəcəf-Əşrəfə səfər və Həzrət Əmirəlmöminin Əlinin (ə) müqəddəs hərəmini ziyarət zamanı zəvvarların müxtəlif xidmətləri tapmasına və yaradılmış imkanlardan daha səmərəli istifadə etməsinə kömək edən rəqəmsal bələdçi kimi fəaliyyət göstərəcək.
Ərbəin zəvvarları bu xidmətdən istifadə etmək üçün Bəle mesajlaşma platformasında aşağıdakı ünvana müraciət edə bilərlər:
https://ble.ir/imamalinet_arbaeenbot