Most searched:

Əl-Ğədir kitabı

Əl-Ğədir kitabı haqqında qeyri-şiə alimlərin baxışları

Bir çox qərəzsiz müsəlman və qeyri-şiə alimlərin əl-Ğədir kitabı haqqında fikirləri müsbət olmuşdur.

Məhəmməd Əbdülqəni Həsən Misrli, əl-Ğədir kitabının birinci cildinin ikinci nəşrinin ön sözündə yazır:

Allahdan xahiş diləyirəm ki, sizin təmiz su mənbəyiniz (Ərəb dilində “Ğədir” su çuxuru deməkdir və burada əl-Ğədir kitabını nəzərində tutur) şiə və sünni qardaşları arasında sülh və harmoniya üçün vasitə olsun, onlar əl-ələ verib İslam ümmətini ucaltsənlar.

Adil Ğazban, Misrdə çap olan “əl-Kitab” jurnalının direktoru, üçüncü cildin ön sözündə deyir:

Bu kitab şiənin məntiqini açıq göstərir və sünnilər vasitəsilə şiəni düzgün tanıya bilərlər. Şiəni tanımaq həmçinin şiə və sünni fikirlərini bir-birinə yaxınlaşdırır və ümumilikdə vahid bir cərəyana çevrilir

Dr. Məhəmməd Qələb, Əzhər Universiteti Din Əsasları Fakültəsinin fəlsəfə müllimi, dördüncü cildin ön sözündə yazır:

Sizin kitabınız mənə çox münasib bir zamanda çatdı. Çünki mən hazırda müsəlmanların həyatını müxtəlif aspektlərdən toplamaq və tərtib etmək üzərində çalışıram. Ona görə də İmamiyyə şiələri haqqında düzgün məlumat almaq mənim üçün çox önəmlidir. Kitabınız mənə kömək edəcək və mən bundan sonra başqaları kimi şiə haqqında səhv etməyəcəyəm.

Dr. Əbdürrəhman Kiyali Hələbi, dördüncü cildin ön sözündə yazır:

Müsəlmanların bu dövrdəki tənəzzülünü və onların xilasına səbəb ola biləcək amilləri nəzərə aldıqda, Peyğəmbərin (s) vəsisinin düzgün tanınması bu amillərdən biridir. Əl-Ğədir kitabı və onun zəngin məzmunu hər bir müsəlmanın bilməsi lazım olan əsərdir ki, tarixçilərin necə qüsur etdiyini və həqiqətin harada olduğunu anlamaq mümkün olsun. Biz bu vasitə ilə keçmişi düzəltməli və müsəlmanların birliyi yolunda çalışaraq savab və mükafata nail olmalıyıq.

Mənbə: «Xum Xana»; İmam Əli (ə) müqəddəs hərəminə həsr olunmuş xüsusi buraxılış

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir