Most searched:

Əllamə Əmini

Əl-Ğədir kitabını yazarkən Əllamə Əmininin xüsusi hissi

Əbdülhüseyn Əmini, məşhur Əllamə Əmini, «Əl-Ğədir» kitabının müəllifidir və şübhəsiz ki, onun bütün əsərləri arasında heç biri bu qiymətli şah əsəri qədər dəyərli və mühüm deyil.

Boşuna deyilməyib ki, böyük alim özü belə deyirmiş:
Hər dəfə masaya əyləşib Əl-Ğədiri yazanda elə bilirdim ki, Əmirəlmöminin Əli (ə) masanın yanında oturur və mənə mövzuları diktə edir.

O tez-tez deyirmiş:
Görünür ki, mən bu dünyaya Əmirəlmöminin (ə) üçün çalışmaq üçün gəlmişəm. Əl-Ğədir mənim həyat fəlsəfəmidir.

Bəzən də onun dəqiq fiqhi rəyləri və dini hökmləri çıxarmaq qabiliyyətinə görə ona “Risalə Əməliyyə” (yəni Şəriət hökmlərinin izahı haqqında) kitab yazmaq tövsiyə olunurdu.

O isə deyirmiş:
Mənim Risalə Əməliyyəm, məsələlərin izahı və proqramım məhz bu Əl-Ğədir kitabıdır.

Yay istisində kitabxanada oxuyub yazarkən bir kəs ondan soruşmuşdu:
Bu isti havada narahat olmursunuz?

Əllamə Əmini gülümsəyərək cavab vermişdi:
Əmirəlmöminin (ə) sevgisinin isti duyğusu dünyəvi isti hiss etməyə imkan vermir.

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir