Seyid Məhəmməd Təqi Həkim, «əl-Usul əl-Ammə li-Fıqhi əl-Muqarin» kitabının müəllifi, deyir ki, Xuzistanlı alimlərdən biri belə bir şey söyləyib:
Bir yuxuda gördüm ki, Qiyamət qopmuş və insanlar məhşər meydanında dalğalanırlar. Onlar narahat, kədərlənmiş və susuzdurlar. Deyirlər: Ya Allah, məni qurtar!
Bu zaman çox sayda insanın çox saf və şəffaf bir suyun ətrafında toplaşdığını gördüm. Hər kəs bir-birinə su içməkdə qabağa keçmək istəyirdi. O anda bir nurani şəxs su hovuzunun kənarına yaxınlaşdı. Bəzilərini irəli salıb su verirdi, bəzilərini isə sudan içməyə qoymurdu.
Bunun İmam Əli (ə) olduğunu anladım. Mən yaxınlaşdım, salam verdim və ondan su içməyə icazə istədim. İmam Əli (ə) mənə icazə verdi. Bir kasa su götürüb içdim.
O zaman gördüm ki, mərhum Əllamə Əmini gəlir. Mən gözlədim ki, görək İmam onunla necə rəftar edəcək.
Əllamə hovuzun yanına çatanda, İmam Əli (ə) ona hörmətlə yanaşdı və onu qucaqladı. İmam bir kasa su doldurdu və öz əlləri ilə Əllaməni içirtmək istədi. Əllamə Həzrətə olan hörmət və ehtiramına görə imtina etdi, amma İmam Əli (ə) israrla onun öz əlləri ilə su içirməsini istəyirdi.
Nəhayət, Əllamə Həzrətin bu göstərişini qəbul etdi. İmam Əli (ə) öz mübarək əlləri ilə ona su içirdi.
Bu hadisənin oxşarını mərhum Əllamə Əmininin oğlu, Seyid Məhəmməd Təqi Bahrul-Ulum da nəqql edir. O da bir yuxu görüb ki, Əllamə Əmini, İmam Əlinin (ə) əlləri ilə su içir.
Xəmxanə» jurnalından götürülüb; Həzrət Əmirəl-Möminin (ə) Hərəminin Xüsusi Nəşri.