Most searched:

İmam Hüseyn (ə)

İmam Hüseynin (ə) qətlində iki qrupun iştirakı Əmirəlmömininin (ə) kəlamında

Şiə və sünni hədis mənbələrində çoxsaylı rəvayətlər nəql edilmişdir ki, həmin rəvayətlərdə Əmirəlmöminin həzrət Əli (ə) Bəni-Üməyyəni və kufəliləri imam Hüseynin (ə) qətlində iştirak edənlər kimi təqdim etmişdir.

Bəni-Üməyyə

Bəzi hədislərdə imam Əli (ə) imam Hüseynin (ə) şəhadətini öncədən xəbər verərək, Bəni-Üməyyəni imam Hüseynin (ə) qətlində iştirak edənlər kimi təqdim etmişdir.

Kamilüz-Ziyarat kitabında Cabirdən, o da imam Sadiqdən (ə) belə nəql edir:

Əmirəlmöminin Əli (ə) imam Hüseynə (ə) buyurdu:

«Ey Əba Əbdillah! Sən həmişə örnək və nümunə olmusan və olacaqsan.»

İmam Hüseyn (ə) dedi:

«Sənə fəda olum! Mənim aqibətim necə olacaq?»

Əmirəlmöminin (ə) buyurdu:

«Sən onların bilmədiklərini bildin və alim tezliklə öz elmindən faydalanacaq. Oğlum! Sənin başına gələcək hadisədən əvvəl yaxşı eşit və gör. Canım əlində olan Allaha and olsun ki, Bəni-Üməyyə sənin qanını tökəcək. Lakin onlar səni dinindən ayıra bilməyəcək və Allahın zikrini sənin qəlbindən çıxara bilməyəcəklər.»

İmam Hüseyn (ə) buyurdu:

«Canım əlində olan Allaha and olsun ki, bu mənə kifayətdir! Allahın nazil etdiklərini qəbul edir, Allah Rəsulunun (s) sözünü təsdiqləyir və atamın sözünü təkzib etmirəm.»

Kufə əhli

Həmçinin bəzi rəvayətlərdə Əmirəlmöminin Əli (ə) imam Hüseynin (ə) şəhadətini öncədən xəbər verərək, kufəliləri imam Hüseynin (ə) qətlində iştirak edənlər kimi təqdim etmişdir.

Əl-Mucəmül-Kəbir kitabında Əbu Həbrədən belə nəql olunur:

“Əmirəlmöminin Əli (ə) ilə birlikdə idim. Həzrət Kufəyə gəldi, minbərə qalxdı və Allaha həmd-səna etdikdən sonra buyurdu:

«Peyğəmbərinizin övladları sizin yanınıza gəldikdə halınız necə olacaq?»

Dedilər:

«O zaman biz bu imtahandan üzüağ çıxacağıq.»

Əmirəlmöminin (ə) buyurdu:

«Canım əlində olan Allaha and olsun ki, onlar sizin yanınıza gələcəklər, siz isə onların qarşısına çıxacaqsınız və şübhəsiz ki, onları öldürəcəksiniz.»

Sonra üzünü onlara tutaraq buyurdu:

«Onlar həmin şəxsləri aldatdılar, sonra isə üz döndərdilər. Özlərini xilas etmək istəyirdilər, lakin nə bir qurtuluş var, nə də bir üzr.»

Ənsabül-Əşraf kitabında Mücahiddən belə nəql olunur:

“Əmirəlmöminin Əli (ə) Kufədə buyurdu:

«Peyğəmbərinizin Əhli-beyti sizin yanınıza gəldikdə vəziyyətiniz necə olacaq?»

Dedilər:

«Belə və belə edəcəyik.»

Əmirəlmöminin (ə) başını tərpədib buyurdu:

«Xeyr! Əksinə, onları öz yanınıza çağıracaqsınız, sonra onlardan üz döndərəcəksiniz, onları düşdükləri çətinlikdən xilas etməyəcəksiniz. Bundan sonra isə özünüzü təmizə çıxarmağa çalışacaqsınız, lakin buna nail ola bilməyəcəksiniz.»

Mənbə

Danişnameye İmam Hüseyn (ə) – Qurani-Kərim, hədis və tarix əsasında hazırlanmış ensiklopedik əsər, c.3.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir