Most searched:

Ayətullahül-üzma Sistani

Ayətullahül-üzma Sistaninin Ayətullahül-üzma Məhəmməd İshaq Fəyyazın vəfatı münasibətilə başsağlığı mesajı

Həqiqətən, biz Allaha məxsusuq və Ona da qayıdacağıq.

Bismillahir-Rahmənir-Rahim

Həqiqətən, biz Allaha məxsusuq və Ona da qayıdacağıq.

Dərin kədər və təəssüf hissi ilə əziz qardaşım, Ayətullahül-üzma Şeyx Məhəmməd İshaq Feyyazın (Allah ona rəhmət etsin) vəfat xəbərini aldım.

Mərhum Ayətullahül-üzma son onilliklərdə Nəcəf Elmi Hövzəsinin ən görkəmli simalarından biri idi. O, əsərlər yazmaq, dərs demək və digər fəaliyyətlər vasitəsilə elmə və elm tələbələrinə səmimi xidmətləri ilə seçilirdi.

Buna görə də onun itkisi çox böyükdür və yaratdığı boşluğun doldurulması yalnız Uca Allahın lütf və inayəti ilə mümkündür.

Bu ağır müsibət münasibətilə imam Zamana (ə.c), elmi hövzələrə, mərhumun ailəsinə və bütün möminlərə dərin hüznlə başsağlığı verirəm. Uca Allahdan diləyirəm ki, onun məqamını cənnətin ən uca dərəcələrində yüksəltsin, onu seçilmiş bəndələri – həzrət Məhəmməd (sallallahu ələyhi və alih) və onun pak, saleh Əhli-beyti ilə məhşur etsin, ailəsinə və yaxınlarına səbir və dözüm nəsib etsin.

Güc və qüvvət yalnız Uca Allahın köməyi ilədir.

18 Zilhiccə 1447 hicri-qəməri.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir