Most searched:

Qədir Xum

Qədir Xum bayrağı İraqın tarixi məscidlərinin və müqəddəs ziyarətgahlarının mütəvəllilərinə təqdim olundu

Müqəddəs imam Əli (ə) hərəmi “Qədir Xum Beynəlxalq Həftəsi” proqramları çərçivəsində Qədir Xum bayrağını müqəddəs ziyarətgahlara təqdim edib.

“Qədir Xum Beynəlxalq Həftəsi” tədbirlərinin keçirilməsinə hazırlıq işləri çərçivəsində müqəddəs imam Əli (ə) hərəminin ictimai əlaqələr şöbəsinin nümayəndələri bir sıra müqəddəs ziyarətgahlara və tarixi məscidlərə baş çəkərək İlahi Böyük Bayram – Qədir-Xum bayramının bayrağını həmin məkanların mütəvəllilərinə və məsul şəxslərinə təqdim ediblər. Məqsəd bu müqəddəs bayrağın həmin məkanların mənəvi və müqəddəs atmosferində dalğalandırılması üçün şərait yaratmaq olub.

Səfər çərçivəsində müqəddəs imam Əli (ə) hərəminin nümayəndə heyəti müqəddəs ziyarətgahların və tarixi məscidlərin məsul şəxsləri tərəfindən qarşılanıb. Görüşlərdə Böyük Kufə Məscidinin, Səhlə Məscidinin nümayəndələri, eləcə də böyük səhabə Meysəm Təmmarın müqəddəs ziyarətgahının təmsilçiləri iştirak ediblər.

Ziyarətgah və məscid rəhbərləri bu mübarək təşəbbüsə görə təşəkkürlərini bildirərək, Qədir Xum bayramının qeyd olunması məqsədilə dini və mədəni proqramların həyata keçirilməsində qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Onlar qeyd ediblər ki, bu cür tədbirlər vilayət məfhumunun möhkəmləndirilməsi, onun yaşadılması və Mövlayi-müttəqin həzrət Əmirəlmöminin Əlinin (ə) yolu və həyat tərzindən nümunə götürülməsi baxımından mühüm rol oynayır.

Qeyd edək ki, Böyük Qədir Həftəsinin proqramları sabah – bazar ertəsi günü Mövlayi-Müttəqin həzrət Əmirəlmöminin Əlinin (ə) mübarək məzarı yanında İlahi Böyük Bayramın bayrağının qaldırılması ilə başlayacaq. Eyni zamanda bu bayraq müqəddəs ziyarətgahlarda, şərəfli məqbərələrdə, İraqın müxtəlif vilayətlərində və dünyanın bir sıra ölkələrində də dalğalandırılacaq.

Beləliklə, Qədir-Xum bayramı – əhdin yenilənməsi, vilayətə bağlılığın bir daha bəyan olunması və Mövlayi-Müttəqin həzrət Əmirəlmöminin Əliyə (ə) sədaqətin təzələnməsi bayramının şənliklərinə start veriləcək.

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir