Most searched:

İraqın Divaniyyə vilayəti

İraqın Divaniyyə vilayətində Qədir Xum bayrağı ucaldıldı

Divaniyyə vilayətində müqəddəs imam Əli (ə) hərəmi tərəfindən Qədir Xum bayrağının qaldırılması mərasimi keçirilib.

Müqəddəs imam Əli (ə) hərəmi hicri-qəməri 1447-ci ilin Beynəlxalq Qədir Xum Həftəsinin 15-ci mərhələsi çərçivəsində Divaniyyə vilayətində Qədir Xum bayramının bayrağının ucaldılması mərasimini təşkil edib. Tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər və çoxsaylı vətəndaşlar iştirak ediblər.

Mərasim Əmirəlmöminin imam Əli (ə) vilayət bayramının əzəmətinin qeyd olunması, vilayətə sədaqət, birlik, həmrəylik və Qədir Xum mesajının müxtəlif nəsillər arasında yaşadılması məqsədilə keçirilib.

Qeyd olunur ki, Qədir Xum bayrağının ucaldılması mərasimi Qədir Xum  Həftəsinin ən mühüm proqramlarından biridir. Bu mərasimin İraqın və dünyanın müxtəlif ölkələrinin 150 nöqtəsində, o cümlədən müqəddəs ziyarətgahlarda, dini məkanlarda və şəhərlərin əsas meydanlarında keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüs Qədir Xum bayramı münasibətilə Əmirəlmöminin imam Əlinin (ə) vilayətinə sədaqətin yenilənməsi məqsədi daşıyır.

 

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir