Most searched:

Qədir Xum bayrağı

Qədir Xum bayrağı müqəddəs Əskəriyyeyn Hərəminə təqdim edildi

Müqəddəs imam Əli (ə) hərəminin nümayəndə heyəti mübarək Qədir Xum bayrağını müqəddəs Əskəriyyeyn hərəminə təqdim edib.

Müqəddəs imam Əli (ə) hərəminin idarə heyətinin üzvü Heydər əl-İsavinin rəhbərlik etdiyi nümayəndə heyəti Samirrada yerləşən müqəddəs Əskəriyyeyn hərəmini ziyarət edib. Nümayəndə heyətini müqəddəs Əskəriyyeyn hərəminin idarə Heyətinin üzvü Qeysər əd-Düceyli qarşılayıb.

Görüş zamanı Qədir Xum bayrağı müqəddəs Əskəriyyeyn hərəminə təqdim olunub ki, həmin müqəddəs məkanda dalğalansın. Bu addım böyük Qədir Xum bayramının qeyd olunmasına həsr edilmiş xüsusi proqramların başlanmasının elan edilməsi kimi qiymətləndirilir və möminlərin qəlbində bu müqəddəs günün əzəmətini və yüksək məqamını əks etdirən mənəvi bir atmosferdə həyata keçirilib.

Qeyd edək ki, Qədir Xum Beynəlxalq Həftəsinin proqramları sabah – bazar ertəsi günü Mövlayi-Müttəqin həzrət Əmirəlmöminin Əlinin (ə) mübarək məzarı yanında “İydullahil-Əkbər” bayrağının qaldırılması ilə başlayacaq.

Eyni zamanda bu mübarək bayraq dünyanın 28 ölkəsində təşkil olunacaq 150 rəsmi mərasimdə, eləcə də İraqın bir sıra vilayətlərində, müqəddəs ziyarətgahlarda və şərəfli məqbərələrdə qaldırılacaq.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir