Əhli-sünnə və camaatın çoxlu alimi Qədir Xum hədisinin etibarlılığını qeyd ediblər və onların arasında ən məşhur və tanınmış nümunələrə diqqət yetirilir.
İbn Həcər Əsqəlani bu hədis barədə deyir:
“Mən kəntu məvləhu fəhəzə Əliyyün məvləhu” Mən kimin mövlasıyamsa Əli onun mövlasıdır hədisini, Termizi və Nəsai müxtəlif formalarla gətirmişlər. İbn Əqdə bu rəvayətləri bir kitabda toplayıb və bir çox isnadları düzgün və etibarlıdır.” [1]
Zəhəbi “Təshihu Hədis”-də belə yazır:
“Mutəllib bin Ziyad, Əbdullah ibn Məhəmməd ibn Əqildən belə nəql edir: Mən, Əli ibn Hüseyn, Məhəmməd ibn Hənəfiyyə və Əbu Cəfərlə birlikdə Cabirin evində idim. İraqdan bir kişi daxil oldu və dedi: Səni Allaha and verirəm mənə Peyğəmbərdən (s) gördüklərini və eşitdiklərini xəbər ver.
Cabir dedi: Biz Qədir Xumda idik, Cuheynə, Muzeynə və Ğəffardan çoxlu insanlar var idi. Peyğəmbər (s) çadırdan çıxaraq bizə üç dəfə işarə etdi, Əmirəlmöminin (ə) əlini tutmuşdu və dedi: Mən hər kimin mövlasıyamsa Əli də onun mövlasıdır. [2]
Mənbələr:
[1] Fəth əl-Bari, İbn Həcər, cild 7, səh. 61.
[2] Sirətu əl-Əlam əl-Nubla, Zəhəbi, cild 8, səh. 334.