Most searched:

Qədir Xum xütbəsi

Qədir Xum xütbəsi tam mətn | Onuncu bölmə

Qədir Xum xütbəsi İslam Peyğəmbəri (s) tərəfindən Qədir Xum hadisəsində oxunmuşdur. Bu xütbədə Allahın əmri ilə Əmirəlmöminin Əli (ə) Peyğəmbərin (s) vəsisi və xəlifəsi olaraq tanıdılmışdır.

Onuncu bölmə: Halal-haram, vacibat və qadağalar

Doqquzuncu bölmədə biət məsələsi müzakirə olunmuşdusa, onuncu bölmədə halal- haram, vacib və qadağan edilmiş əməllər izah edilir.

مَعاشِرَالنّاسِ، إِنَّ الْحَجَّ وَالْعُمْرَةَ مِنْ شَعائرِالله، (فَمَنْ حَجَّ الْبَیتَ أَوِاعْتَمَرَ فَلاجُناحَ عَلَیهِ أَنْ یطَّوَّفَ بِهِما) الآیة . مَعاشِرَالنّاسِ، حُجُّواالْبَیتَ، فَماوَرَدَهُ أَهْلُ بَیتٍ إِلاَّ اسْتَغْنَوْا وَ أُبْشِروا، وَلاتَخَلَّفوا عَنْهُ إِلاّبَتَرُوا وَ افْتَقَرُوا . مَعاشِرَالنّاسِ، ماوَقَفَ بِالْمَوْقِفِ مُؤْمِنٌ إِلاَّغَفَرَالله لَهُ ماسَلَفَ مِنْ ذَنْبِهِ إِلی وَقْتِهِ ذالِک، فَإِذا انْقَضَتْ حَجَّتُهُ اسْتَأْنَفَ عَمَلَهُ. مَعاشِرَالنَّاسِ ، الْحُجّاجُ مُعانُونَ وَ نَفَقاتُهُمْ مُخَلَّفَةٌ عَلَیهِمْ وَالله لایضیعُ أَجْرَالُْمحْسِنینَ . مَعاشِرَالنّاسِ، حُجُّوا الْبَیتَ بِکمالِ الدّینِ وَالتَّفَقُّهِ، وَلاتَنْصَرِفُوا عَنِ الْمشَاهِدِإِلاّ بِتَوْبَةٍ وَ إِقْلاعٍ . مَعاشِرَالنّاسِ ، أَقیمُوا الصَّلاةَ وَ آتُوا الزَّکاةَ کما أَمَرَکمُ الله عَزَّوَجَلَّ، فَإِنْ طالَ عَلَیکمُ الْأَمَدُ فَقَصَّرْتُمْ أَوْنَسِیتُمْ فَعَلِی وَلِیکمْ وَمُبَینٌ لَکمْ، الَّذی نَصَبَهُ الله عَزَّوَجَلَّ لَکمْ بَعْدی أَمینَ خَلْقِهِ . إِنَّهُ مِنِّی وَ أَنَا مِنْهُ، وَ هُوَ وَ مَنْ تَخْلُفُ مِنْ ذُرِّیتی یخْبِرونَکمْ بِماتَسْأَلوُنَ عَنْهُ وَیبَینُونَ لَکمْ ما لاتَعْلَمُونَ.

Ey insanlar! Həqiqətən Həcc və Ümrə Allahın əlamətləri və nişanələridir.
Buna görə də, Allahın evini ziyarət edənlər və ümrə edənlər Safa və Mərvə dağları ətrafında çoxlu tavaf etsinlər.

Ey insanlar! Allahın evində Həcc edin; çünki ora daxil olan hər bir ailə ehtiyacından azad olmuş və müjdəyə çatmışdır, və heç kəs oradan dönməz ki, qarşısına ehtiyac və yoxsulluq çıxmasın.

Ey insanlar! Mükəmməl bir imanla Məqəmi Ərafat, Məşar və Mina yerlərində dayanan hər bir möminin keçmiş günahları Allah tərəfindən bağışlanır, və vacibdir ki, Həcc işləri bitdikdən sonra (pak bir təvəkkül və niyyətlə) həyatlarına davam etsinlər.

Ey insanlar! Həcc edənlər dəstəklənmişdir, onların səyahət xərcləri qarşılanacaq və əvəzləri veriləcəkdir. Həqiqətən, Allah saleh əməl sahiblərinin mükafatını boşa verməz.

Ey insanlar! Allahın evini tam dini bilik və dərin anlayışla ziyarət edin və ziyarət yerlərindən təkcə tövbə və günahlardan çəkilmə ilə dönün.

Ey insanlar! Namazı qılın və zəkat verin – elə ki, Allah Təala əmr etmişdir. Əgər vaxt uzansa və ya unutsanız, və ya qısa düşsəniz, onda sizin üzərinizdə hökm və izah sahibi Əlidir (ə).

Allah Təala onu mənim ardımdan yaratdıqları arasında öz etibar sahibim olaraq qoymuşdur. Həqiqətən, o mənimdir və mən onam. O və mənim övladlarım onun varisləridir; sizin soruşduqlarınıza cavab verəcək, bilmədiklərinizi sizə öyrədəcəklər.

أَلا إِنَّ الْحَلالَ وَالْحَرامَ أَکثَرُمِنْ أَنْ أُحصِیهُما وَأُعَرِّفَهُما فَآمُرَ بِالْحَلالِ وَ اَنهَی عَنِ الْحَرامِ فی مَقامٍ واحِدٍ، فَأُمِرْتُ أَنْ آخُذَ الْبَیعَةَ مِنْکمْ وَالصَّفْقَةَ لَکمْ بِقَبُولِ ماجِئْتُ بِهِ عَنِ الله عَزَّوَجَلَّ فی عَلِی أمیرِالْمُؤْمِنینَ وَالأَوْصِیاءِ مِنْ بَعْدِهِ الَّذینَ هُمْ مِنِّی وَمِنْهُ إمامَةٌ فیهِمْ قائِمَةٌ، خاتِمُها الْمَهْدی إِلی یوْمٍ یلْقَی الله الَّذی یقَدِّرُ وَ یقْضی . مَعاشِرَالنّاسِ، وَ کلُّ حَلالٍ دَلَلْتُکمْ عَلَیهِ وَکلُّ حَرامٍ نَهَیتُکمْ عَنْهُ فَإِنِّی لَمْ أَرْجِعْ عَنْ ذالِک وَ لَمْ أُبَدِّلْ . أَلا فَاذْکرُوا ذالِک وَاحْفَظُوهُ وَ تَواصَوْابِهِ، وَلا تُبَدِّلُوهُ وَلاتُغَیرُوهُ . أَلا وَ إِنِّی اُجَدِّدُالْقَوْلَ: أَلا فَأَقیمُوا الصَّلاةَ وَآتُوا الزَّکاةَ وَأْمُرُوا بِالْمَعْروفِ وَانْهَوْا عَنِ الْمُنْکرِ .

“Ey insanlar! Doğru və yanlışlar o qədər çoxdur ki, mən onları sayıb çatdıra bilmərəm və burada bir anda yalnız doğru olanı əmr edib, yanlış olanı qadağan edə bilmərəm.

Buna görə də, mən sizin üzərinizdə beyt almağa məsuləm; əllərinizi mənim əlimə verin ki, Allahın mənim vasitəmlə gətirdiyi, Əmirəlmöminin Əli (ə) və ondan sonrakı vəsilərin qəbul edilməsində razılıq göstərəsiniz. Onlar mənim və onun varisləridir.

Bu imamat nəsildən-nəsilə davam edəcək və imamların sonu Məhdiyə çatır; imamətin möhkəmliyi onun Allahla görüşünə qədər davam edəcəkdir.

Ey insanlar! Mən sizə hər növ doğru və yanlış yolu göstərdim və onlardan heç vaxt dönməyəcəyəm. Bunu bilin və agah olun! Onları xatırlayın, qoruyun və bir-birinizi buna tövsiyə edin. Allahın əmrində heç bir dəyişiklik etməyin.

Yenidən xəbərdarlıq edirəm: Diqqətli olun! Namaz qılın, zəkat verin, yaxşılığı əmr edin və pislikdən çəkindirin.

أَلاوَإِنَّ رَأْسَ الْأَمْرِ بِالْمَعْرُوفِ أَنْ تَنْتَهُوا إِلی قَوْلی وَتُبَلِّغُوهُ مَنْ لَمْ یحْضُرْ وَ تَأْمُروُهُ بِقَبُولِهِ عَنِّی وَتَنْهَوْهُ عَنْ مُخالَفَتِهِ ، فَإِنَّهُ أَمْرٌ مِنَ الله عَزَّوَجَلَّ وَمِنِّی . وَلا أَمْرَ بِمَعْروفٍ وَلا نَهْی عَنْ مُنْکرٍ إِلاَّمَعَ إِمامٍ مَعْصومٍ . مَعاشِرَالنّاسِ، الْقُرْآنُ یعَرِّفُکمْ أَنَّ الْأَئِمَّةَ مِنْ بَعْدِهِ وُلْدُهُ، وَعَرَّفْتُکمْ إِنَّهُمْ مِنِّی وَمِنْهُ، حَیثُ یقُولُ الله فی کتابِهِ: ( وَ جَعَلَها کلِمَةً باقِیةً فی عَقِبِهِ ) . وَقُلْتُ : « لَنْ تَضِلُّوا ما إِنْ تَمَسَّکتُمْ بِهِما» . مَعاشِرَالنّاسِ ، التَّقْوی ، التَّقْوی ، وَاحْذَرُوا السّاعَةَ کما قالَ الله عَزَّوَجَلَّ : ( إِنَّ زَلْزَلَةَ السّاعَةِ شَیءٌ عَظیمٌ ) . اُذْکرُوا الْمَماتَ ( وَالْمَعادَ ) وَالْحِسابَ وَالْمَوازینَ وَالُْمحاسَبَةَ بَینَ یدَی رَبِّ الْعالَمینَ وَالثَّوابَ وَالْعِقابَ . فَمَنْ جاءَ بِالْحَسَنَةِ أُثیبَ عَلَیها وَ مَنْ جاءَ بِالسَّیئَةِ فَلَیسَ لَهُ فِی الجِنانِ نَصیبٌ .

“Bilin ki, yaxşılığı əmr etmənin əsası budur ki, mənim (imamət barədə) sözlərimə çatasınız, mənim sözümü başqalarına çatdırasınız və burada olmayanları da mənim əmrlərimi qəbul etməyə təşviq edəsiniz; onları mənim sözlərimə qarşı çıxmaqdan çəkindirin.

Həqiqətən, mənim sözüm Allahın əmridir ki sizə çatdırırıra, və heç bir yaxşılığı əmr etmək və pislikdən çəkindirmək məsum imamın rəhbərliyi olmadan gerçəkləşə bilməz və kamil olmaz.

Ey insanlar! Quran sizə açıq göstərir ki, Əmirəlmöminin (ə) ardından gələn imamlar onun övladlarıdır. Mən də sizə tanıtdım ki, onlar həm ondan, həm də məndəndir. Çünki Allah Öz kitabında buyurur:
“İmaməti nəsillərində davam edən bir əmr olaraq qoydum…”
Mən də demişəm:
“Quran və imamlarla yapışdığınız müddətcə, heç vaxt azmış olmayacaqsınız.”

Ey insanlar! Taqvaya riayət edin, taqvaya riayət edin və Qiyamətin çətinliyindən qorxun; elə ki, Allah Təala buyurmuşdur:
“Həqiqətən, Qiyamət günü zəlzələ böyük bir hadisədir…”

Ölümü, Qiyaməti, hesabı, tərəzi və Allah Təaladan alınacaq mükafat və cəzanı xatırlayın. Kim yaxşılıq etsə, mükafatını alacaq; kim pislik etsə, cənnətin faydasını görməyəcək.

Davamını on birinci bölmədə oxuyun.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir