Onların sonuncusu, ədalət və haqq yolunda qiyam edən, doğru dini və Allahın razı olduğu dini bütün dünyaya hakim edən şəxsdir:
Bilin! Bizim imamlarımızın sonuncusu Məhdi Qaimdir (əcəlullahu təala fərəcəhuşş-şərif).
Bilin! O, bütün dinlərə qalib gələcək.
Bilin! O, zülm edənlərdən intiqam alacaq.
Bilin! O, şirk və fəsad qalalarını açan və məhv edən şəxsdir.
Bilin! O, şirki məhv edən şəxsdir.
Bilin! O, Allahın əziz və böyük dostlarının qanı üçün intiqam alandır.
Bilin! O, Allahın əziz və böyük dininə yardımçıdır.
Bilin! O, həqiqət dənizindən susuzları doyurandır.
Bilin! O, alimlərin üstünlüyünü və cahillərin korluğunu bilir.
Bilin! O, Allahın seçdiyi və Onun tərəfindən təyin olunmuş imamdır.
Bilin! O, hər bir bilik varisidir və elmi bütün elmlərdən üstün olanıdır.
Bilin! O, Allahı tanıdan və iman yolunu aydınladan şəxsdir.
Bilin! O, cəsur və dürüstdür.
Bilin! Yaradanın bütün işləri ona tapşırılmışdır.
Bilin! Keçmiş peyğəmbərlər onun gəlməsini müjdələyiblər.
Bilin! O, Allahın son höccətidir və ondan sonra heç bir höccət gəlməyəcək; dünyada heç bir haqq yoxdur ki, onunla əlaqəli olmasın və heç bir elm yoxdur ki, onun yanında olmasın.
Bilin! Onu dəf edə biləcək heç kəs yoxdur və ona kömək edən yalnız Odur.
Bilin! O, yer üzündə Allahın vəlisidir, insanlarla arasında hakimdir və İlahi sirlərin açarıdır.
Əgər Peyğəmbər (sallallahu ələyhi və alih) Məhdini (əcəlullahu təala fərəcəhuş-şərif) tanıtdırmasaydı, onun adı qalmazdə. Çünki insanlar Allahın Əmirəlmöminin (ələyhis-salam) üzərinə qoyduğu varislik və vilayət əmrini qəbul etmədilər və tarix boyunca İmamatın işığını söndürmək üçün əllərindən gələni etdilər: bəzilərini öldürdülər, bəzilərini əsir etdilər, bəzilərini isə sürgün etdilər.
Amma bilmirlər ki, Allahın iradəsi belədir ki, din sahibləri dünyaya hakim olsunlar, baxmayaraq ki, bu, kafirlərin və müşriklərin xoşuna gəlməsin.