“Bir çox tarixi kitabda Qədir Xum hadisəsi nəql edilmiş və vurğulanmışdır. Bu hadisənin ən mühüm məqsədi, Allahın əmri ilə Əmirəl-möminin Əlinin (ələyhis-səlam) Peyğəmbərdən (səlləllahu əleyhi və alihi) sonra haqq və doğru varis olaraq təyin edilməsi idi.
Qədir hadisəsi müsəlmanlar arasında məşhurdur, lakin bunu Əhli-Beytdən (ələyhis-səlam) nəql olunduğu kimi, xüsusilə imam Məhəmməd bin Əli Baqirdən (ələyhis-səlam) nəql edirik ki, o, Qədir Xum hadisəsini belə rəvayət etmişdir:
Cəbrail (ələyhis-səlam) Peyğəmbərin (səlləllahu əleyhi və alihi) hüzuruna endi və ona dedi: Ey Məhəmməd! Allah təala sənə salam göndərir və buyurur: Mən heç bir peyğəmbər və rəsulumun, dinimi və ümmət üzərində höccətimi tamamlamadan canını almamışam. Sənin üzərində iki vacib əməl qaldı ki, bunları öz ümmətinə çatdırmalısan: “Həcc, Vəlayət və Xilafət” səndən sonra, çünki yerim heç vaxt höccətdən boş qalmayıb və heç vaxt qalmayacaq.
Şübhəsiz ki, Allah təala sənə əmri verir ki, Həccin hökmlərini öz qövmünə çatdır və həcc et, və səninlə həcc etməyə qadir olan hər kəsdən, şəhərdən və ya ətraf kəndlərdən, hətta səhrada yaşayanlardan, onlara həccin qaydalarını öyrət və onlar da namaz, zəkat və oruc kimi əməlləri öyrəndiyləri kimi, həccin hökmlərini də öyrənsinlər.
İmam Baqir (ələyhis-səlam) ardəyaca deyir:
Sonra Peyğəmbərin (səlləllahu əleyhi və alihi) elançısı camaata nida etdi ki, Diqqət edin, Peyğəmbər (səlləllahu əleyhi və alihi) Həccə getmək niyyətindədir və Həccin əməllərini sizə öyrədəcək, digər dini əməlləri sizə öyrətdikləri kimi və sizi bu əməllər barədə məlumatlandırdıqları kimi.
Sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi) və camaat şəhərdən çıxdılar və insanlar onların nə etdiklərini müşahidə etdilər ki, nələri yerinə yetirirlər və eyni şəkildə hərəkət etsinlər. Beləliklə, Peyğəmbər (səlləllahu əleyhi və alihi) onlarla həcc etdi, və Mədinə və ətraflarından, habelə səhra əhalisindən olanların sayı yetmiş minə və ya daha çox olardı.
İmam Baqir (ələyhis-səlam) deyir:
Peyğəmbər (səlləllahu əleyhi və alihi) Ərafatda dayandığı zaman, Cəbrail Allah tərəfindən onun yanına gəldi və dedi: Ey Məhəmməd! Allah sənə salam göndərir və buyurur: Şübhəsiz ki, sənin ömrün sona çatıb və vaxtın bitdi, sən artıq qaçılmaz bir sonla qarşılaşırsan. İndi öz əhd və müqaviləni qəbul et, vəsiyyətini bildir və səndən əvvəlki peyğəmbərlərin elmini və irsini, onların silahlarını, tabutlarını və onların əlamətlərini öz varis və vəsiyyinə, özündən sonrakı imama təhvil ver ki, o, mənim xalqım üzərindəki böyük dəlilim, Əli ibn Əbi Talibdir.
Onu insanlar üçün bir nişanə olaraq yüksəlt və onunla əhdi təzələyin və onlara xatırladın ki, mən onlardan nə vəd almışam; onlar mənim vilayətimi qəbul etməli və bilməlidirlər ki, onların və hər bir kişi və qadın möminin sahib və əmiri Əli ibn Əbi Talib olacaq. Çünki mən heç bir peyğəmbərin canını almadan, dinimi və höccətimi tamamladım və öz nemətimi öz dostlarımın vilayəti ilə və düşmənlərimə qarşı olan nifrətimlə tamamladım. Bu, tövhid və dinin kamilliyidir və mənim nemətimin tamlanmasıdır ki, bu, mənim vilayətimə tabe olmaqla əldə edilir. Çünki mən heç vaxt yer üzünü öz vəliy və rəhbərim olmadan qoymuram, gərək o, mənim insanlar üzərindəki dəlilim olsun. Ona görə də bu gün mən sizin dininizi kamilləşdirdim və öz nemətimi tamamladığımı bəyan edirəm və İslam dinini sizin üçün seçdim. [1]
Mənim vəlim və hər bir kişi və qadın möminin əmiri bundan sonra Əli (ələyhis-səlam) olacaq, çünki o, Peyğəmbərimin vəsisidir, mənim vəlim və höccətimdir. Ondan itaət etmək, Məhəmməddən (səlləllahu əleyhi və alihi) itaət etməkdir və onunla və Məhəmmədlə itaət etmək mənə itaət etmək kimidir. Kim ona itaət edərsə, mənə itaət etmiş olur və kim onun əmrlərindən boyun qaçırarsa, məni inkar etmişdir.
Mən onu özmlə insanlar arasında bir əlamət olaraq təyin etdim, kim onu tanıyarsa, mömindir və kim inkar edərsə, kafirdir.
Kim onunla vilayət məsələsində şərik olduğunu iddia etsə o, müşrikdir və kim Əli ilə olan vilayətə uyğun şəkildə mənə gəlsə, cənnətə daxil olacaqdır və kim Əli ilə düşmənçiliyə girsə, o, cəhənnəmə daxil olacaqdır.
Buna görə də, ey Məhəmməd (səlləllahu əleyhi və alihi), Əlini vilayətə təyin et və insanlar arasında onunla beyət etmələrini tələb et və onlardan aldığım əhdi onlara xatırlat ki, mən səni özümə tərəf gətirəcəm.
Həzrət Qədir Xum hadisəsini nəql edərkən davamında belə buyurur:
Lakin Peyğəmbər (səlləllahu əleyhi və alihi) insanlardan, nifaq və fitnə törədənlərdən qorxurdu ki, onlar parçalanacaq və cahiliyyət dövrünə geri dönəcəklər. Çünki Peyğəmbər (səlləllahu əleyhi və alihi) yaxşı bilirdi ki, bu camaatın Əliyə (ələyhis-səlam) olan düşmənçiliyi və ona qarşı kin saxlamaları nə dərəcədədir.
Buna görə də Peyğəmbər (səlləllahu əleyhi və alihi) Cəbraildən Allahdan Əlinin (ələyhis-səlam) insanların qarşısında təhlükəsiz olmasına dair bir əmin-amanlıq dilədi və Cəbrail o əmri Allahdan aldıqdan sonra, bunu Peyğəmbərə bildirmək üçün gözlədi. Beləliklə, Əlinin (ələyhis-səlam) vilayətinin elanını təxirə saldılar, ta ki “Xif məscidinə” çatdılar. Orada Cəbrail bir daha Peyğəmbərə (səlləllahu əleyhi və alihi) endi və ondan əhdinə sadiq qalmağı, Əlini (ələyhis-səlam) insanlar üçün bir höccət olaraq təyin etməyi istədi ki, onlar onunla hidayət tapsınlar. Lakin Əlinin (ələyhis-səlam) insanlar tərəfindən təhlükəsiz olduğuna dair Allahın əmin-amanlıq əmri gəlməmişdi, ta ki Məkkə ilə Mədinə arasında “Kəraul-Ğəmim” adlı yerə çatdılar.
Burada Cəbrail yenə Peyğəmbərə (səlləllahu əleyhi və alihi) yaxınlaşıb, ona Allahın Əliyə (ələyhis-səlam) dair gətirdiyi əmri bildirdi, amma hələlik Allahın ona verdiyi əmin-amanlıqla bağlı heç bir söz gətirmədi.
İmam Baqir (ələyhis-səlam) davam edirlər:
Buna görə də Peyğəmbər (səlləllahu əleyhi və alihi) bir daha Cəbrailə dedi: Mən qorxuram ki, xalqım məni inkar edər və Əliyə (ələyhis-səlam) dair söylədiklərimi qəbul etməzlər.
Sonra öz yoluna davam etdi və nəhayət “Qədər Xum” adlı yerə çatdılar, bu yerlə Covfə arasında 3 mayl fasilə vardır, Məkkə yolunun üzərində yerləşən böyük bir kənddir. Gündən beş saat keçmişdi, Cəbrail yenidən təhdidlə və Allahın verdiyi əmin-amanlıq xəbərini gətirərək Peyğəmbərin (səlləllahu əleyhi və alihi) yanına gəldi və dedi: Ey Məhəmməd, Allah təala sənə salam göndərir və buyurur: Ey Peyğəmbər! Sənə Allah tərəfindən Əli (ələyhis-səlam) haqqında nə göndərilmişsə, onu insanlara çatdır və əgər bunu çatdırmazsansa, o zaman sən peyğəmbərliyini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyacaqdır. [2]
İmam (ələyhis-səlam) deyir:
Müsəlmanların ilk karvanın önündə gedənlər Cohfəyə yaxınlaşmışdılar ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi) onlara əmr etdi ki, irəlilədikləri yeri tərk edib geri qayıtsınlar və qalanları gözləsinlər ki, onlar da gəlib çatdıqdan sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi) Əlini (ələyhis-səlam) vilayət işarəsi olaraq təyin etsin və Allahın Əli (ələyhis-səlam) haqqında nazil etdiyi ayələri onlara çatdırsın. Beləliklə, Cəbrail ona xəbər verdi ki, Allah təala onu insanların zərərindən qoruyur.
Peyğəmbər (səlləllahu əleyhi və alihi) əmin-amanlıq xəbəri gəldikdən sonra, nida edən şəxsə göstəriş verdi camat namazı qılınacağını elan etsin və elan etsin ki, irəliləyənlər geri qayıtsınlar arxadan gələnləri orada gözləsinlər. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi) düzgün yoldan “Qədir Məscidi” istiqamətinə dönmələrini əmr etdi, çünki Cəbrail Allah tərəfindən onu buna yönləndirmişdi.
Orada bir neçə ağac vardı və Peyğəmbər (səlləllahu əleyhi və alihi) onlardan altını təmizləmələrini və daşlardan bir növ minbər düzəltmələrini əmr etdi ki, bu minbərdən insanlarə rahahat görə bilsin. İnsanlar orada toplaşdıqda, Peyğəmbər (səlləllahu əleyhi və alihi) daşlardan düzəldilən minbər üzərinə çıxıb, məşhur “Qədir Xütbəsi”-ni söylədilər. Həmin xütbədə Allahın vəsfini və şükürlərindən sonra, Əlinin (ələyhis-səlam) canişinlik haqqında belə buyurdu:
Ey insanlar! Bu Əli (ələyhis-səlam) mənim qardaşım, vəsim, elmimi qoruyanım və ümmətimin varisi, Allahın kitabını təfsir edən və ona dəvət edən və Allahın razı olacağı hər şeyə əməl edən kimsədir. O, Allahın düşmənləri ilə mübarizə aparacaq, ona itaət edənləri dəstəkləyəcək və ona qarşı gələnləri inkar edəcəkdir. O, Peyğəmbərin (səlləllahu əleyhi və alihi) varisi, Əmirəl-möminin və doğru yol göstərən İmamdır. O, Allahın əmri ilə əhdini pozanlara, zalımlara və haqqdan sapanlara qarşı mübarizə aparacaqdır.
Allahın əmri ilə deyirəm ki, Allahın əmri ilə bu söz dəyişməyəcək və Rəbbimin əmri ilə deyirəm: Allahım, onu sev ki, o, Əlini (ələyhis-səlam) sevənlərdəndir və düşmən ol ki, o, ona düşmənçilik edir. Kim Əlini (ələyhis-səlam) inkar edərsə, ona lənət et və kim onun haqqını inkar edərsə, ona qəzəbini göndər.
Allahəm, Sən Özün mənə nazil etdin ki, insanların rəhbərliyi və imaməti məndən sonra Əliyə aiddir, O, Sənin vilayətində olan kəsdir. Mən bu əmrini insanlara açıq şəkildə bildirmiş və Onu bu vəzifəyə təyin etmişəm ki, sənin bəndələrinin dinini bu şəkildə tamamlamış və Öz nemətini onlara tamamlamağa başlamısan və İslam dinini onlar üçün ən yaxşı din olaraq seçmisən. Və buyurmuşsan: “Kim İslamdan başqa bir din axtararsa, o, heç bir zaman qəbul edilməz və o, axirətdə ziyana uğrayanlardan olacaqdır. [3]
Allahım, mən səni şahid tuturam ki, mən Sənin peyğəmbərlik mesajını insanlara çatdırdım. [4]
Mənbələr
[1] Məidə surəsi, ayə 3, Bu gün dininizi sizin üçün tamamladım, sizə olan nemətimi tamamladım və İslamı sizin üçün din olaraq qəbul etdim.
[2] Məidə surəsi, ayə 67, Ey Peyğəmbər! Rəbbindən sənə nazil ediləni insanlara çatdır, əgər bunu etməsən, onda sən Onun mesajını çatdırmamış olarsan. Allah səni insanlardan qoruyacaqdır.
[3] Ali-İmran surəsi, ayə 85, Kim İslamdan başqa bir din axtararsa, ondan qəbul edilməyəcəkdir və o, axirətdə ziyana uğrayacaqdır.
[4] Əllamə Məclisi, Biharul-Ənvar, cild 37, səhifə 201-219.