Bu ayənin həzrət Əmirəlmöminin (ələyhis-salam) haqqında nazil olduğu qeyd olunur; çünki o, daim canı və malı ilə İslam yolunda cihad etmiş və Allah yolunda mücahidlərin ən kamil nümunəsi olmuşdur.
لَا يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُولِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ ۚ فَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَى ۚ وَفَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا
“Möminlərdən üzrlü səbəb olmadan oturanlar ilə Allah yolunda malları və canları ilə cihad edənlər eyni deyillər. Allah malları və canları ilə cihad edənləri oturanlardan dərəcə etibarilə üstün etmişdir. Halbuki Allah hamısına ən gözəl mükafatı vəd etmişdir. Allah mücahidləri oturanlardan böyük bir mükafatla üstün etmişdir.” (Nisa surəsi, 95-ci ayə)
İmam Hadinin (ələyhis-salam) “Ziyarəti Ğədiriyyə”-sində bu ayəyə işarə edilərək həzrət Əmirəlmömininin (ələyhis-salam) Allah yolunda cihad edənlərin ən ali nümunəsi olduğu bildirilmişdir.
İmam Hadinin (ələyhis-salam) Qədir bayramı günündə Əmirəlmöminini (ələyhis-salam) ziyarət etməsi
İmam Hadi (ələyhis-salam) Qədir bayramı günündə “Ziyarəti Ğədiriyyə” vasitəsilə öz böyük babası həzrət Əmirəlmöminini (ələyhis-salam) ziyarət etmişdir.
Ziyarətin bir hissəsində belə deyilir:
Sən elə bir kəssən ki, Quran onun üstünlüyünü açıq şəkildə bəyan etmişdir. Allah-Taala buyurmuşdur: “Allah yolunda cihad edənləri, üzrlü səbəb olmadan evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir; (bu üstünlük) Onun tərəfindən dərəcələr, bağışlanma və xüsusi rəhmətdir. Allah daim bağışlayan və mehribandır.” (Nisa/95)
Ənam surəsinin 95-ci ayəsi Allah yolunda cihad edənlərlə cihad etməyənlər arasında fərqdən bəhs edir və mücahidlərin fəzilətini bəyan edir. Bu ayə Qurani-Kərimdə Əli (ələyhis-salam) haqqında olan ayələrdən biri hesab olunur və həzrət Əmirəlmömininin (ələyhis-salam) fəzilətlərinə işarə edir; çünki o, İslam yolunda ən böyük mücahidlərdən biri kimi tanınmışdır.
İmam Həsən Əsgəri (ələyhis-salam) atasından, imam Hadidən (ələyhis-salam) nəql edərək, həzrət Əmirəlmöminin (əleyhissalam)-ın cihadı ilə bağlı belə buyurmuşdur:
Əgər Əmirəlmöminini (ələyhis-salam) ziyarət etmək istəsən, onun müqəddəs məqbərəsinin qapısı önündə dayan və de: Şahidlik edirəm ki, sən həqiqətən Əmirəlmömininsən; sənin barəndə nazil olan ilahi ayələr sənin vilayətini bəyan etmişdir. Sən Allahın vəlisən, Peyğəmbərin qardaşısan və Allah dininin yardımçısısan. Sən elə bir kəssən ki, Quran sənin üstünlüklərini bəyan edir. Allah-Taala buyurmuşdur: “Allah mücahidləri oturanlardan böyük bir mükafatla üstün etmişdir; Onlar üçün Onun tərəfindən dərəcələr, bağışlanma və rəhmət vardır. Allah daim bağışlayan və mehribandır.”
Mənbə
Təfsir Əhlül-Beyt (əleyhimussalam), c. 3, s. 386; Bihar əl-Ənvar, c. 97, s. 363