Most searched:

İmam Əli (ə)

Leylətül-məbit; Əmirəl-mömininin (ə) haqqında nazil olan ayə

Bəqərə surəsinin 207-ci ayəsi – “Ziyarəti-Qədiriyyə”də də zikr olunan bu ayə – “Leylətül-məbit ayəsi” və ya “Şira (satmaq) ayəsi” kimi məşhurdur.

Bəqərə surəsinin 207-ci ayəsi – “Ziyarəti-Qədiriyyə”də də zikr olunan bu ayə – “Leylətül-məbit ayəsi” və ya “Şira (satmaq) ayəsi” kimi məşhurdur. Bu ayə Əmirəl-möminin İmam Əlinin (ə) Leylətül-məbit gecəsində göstərdiyi fədakarlıq və canından keçməsi haqqında nazil olmuşdur.

Bəqərə surəsinin 207-ci ayəsi Əmirəl-möminin İmam Əlinin (ə) o böyük fədakarlığına işarə edir ki, o, İslam Peyğəmbərinin (s) canını qorumaq üçün onun yatağında yatdı. Ayədə Allahın razılığını qazanmaq üçün öz canını fəda etməyə hazır olan insanlar təriflənir.

Bəqərə surəsi, 207-ci ayə

“İnsanlardan eləsi də vardır ki, Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah isə bəndələrinə qarşı çox mərhəmətlidir.”

Ziyarəti-Qədiriyyənin bir hissəsində belə buyurulur:

“Sən də o zaman ki, Peyğəmbər (s) səni öz yatağında yatızdırdı və sənə öz yatağında uzanmağı əmr etdi ki, düşmənlərin şərindən onu canınla qoruyasan, sən itaətlə onun dəvətini qəbul etdın və özünü öldürülməyə hazır etdin. Buna görə də Allah sənin itaətini dəyərləndirdi və Quranda Öz kəlamı ilə bu gözəl əməlini aşkara çıxardı. O buyurdu:

“İnsanlardan eləsi də vardır ki (Əli ibn Əbi Talib kimi), Allahın razılığını qazanmaq üçün öz canını satar.” (Bəqərə, 207)”

Bəqərə surəsinin 207-ci ayəsi Qurani-Kərimin Əli (ə) haqqında olan ayələrindən sayılır və Əmirəl-möminin İmam Əlinin (ə) böyük fəzilətlərindən birinə dəlalət edir. Bu ayə “Şira (satmaq) ayəsi” kimi tanınır; çünki burada Allahın razılığını qazanmaq üçün canın fəda edilməsi bir növ ilahi alış-veriş kimi təsvir olunur.

İmam Hadi (ə) Leylətül-məbit gecəsində Əmirəl-mömininin fədakarlığına işarə edərək Qədir günündə belə buyurmuşdur:

“Salam olsun sənə, ey Əmirəl-möminin! Ey vəsilərin ağası!… O zaman ki, Peyğəmbər (s) sənə öz yatağında uzanmağı əmr etdi və canını onun qorunması üçün sipər etməyini istədi, sən onun istəyini dərhal qəbul etdın və özünü öldürülməyə hazır etdin. Buna görə də Uca Allah bu ayəni nazil etməklə

 وَ مِنَ النَّاسِ مَنْ یَشْرِی نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللهِ

– sənin itaətini qiymətləndirdi və əməlini açıq şəkildə bəyan etdi.” (1)

İmam Səccadda (ə) bu ayəyə işarə edərək Leylətül-məbit hadisəsini xatırlatmış və buyurmuşdur:

“Bu ayə Əmirəl-möminin İmam Əli (ə) haqqında nazil olmuşdur; o zaman ki, o, Allahın Rəsulunun (s) yatağında yatdı.” (2)

İmam Baqirdə (ə) Möminlərin ağasının fədakarlığını qeyd edərək buyurmuşdur: “Bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur; o zaman ki, o, Allah və Onun Rəsulu yolunda öz canını fəda etdi. O gecə ki, Qüreyş kafirləri Allahın Rəsulunu (s) axtarırdılar və o, Peyğəmbərin yatağında uzanmışdı.” (3)

İbn Abbas da Leylətül-məbit hadisəsini xatırladaraq bu ayənin nazil olma səbəbi haqqında belə demişdir:

“Əli ibn Əbi Talib (ə) o gecə ki, Allahın Rəsulu (s) müşriklərin əlindən qaçdı, onların çaşqınlığa düşməsi üçün Peyğəmbərin yatağında yatdı.

 وَ مِنَ النَّاسِ مَن یَشْرِی نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللّه

 ayəsi də onun haqqında nazil olmuşdur.” (4)

Mənbələr

  1. Təfsir Əhli-beyt (ə), c.2, s.108; Bihar əl-ənvar, c.97, s.367
  2. Təfsir Əhli-beyt (ə), c.2, s.108; Bihar əl-ənvar, c.19, s.54; Əmali (Şeyx Tusi), s.446; Nur əs-səqəleyn; əl-Burhan; Bihar əl-ənvar, c.36, s.42
  3. Təfsir Əhli-beyt (ə), c.2, s.108; Bihar əl-ənvar, c.19, s.78; Təfsir əl-Əyyaşi, c.1, s.1
  4. Təfsir Əhli-beyt (ə), c.2, s.110; Əmali (Şeyx Tusi), s.252

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir