Most searched:

Ayətullah əl-Üzma Sistani

İran İslam Respublikasının yeni rəhbərinin seçilməsi ilə bağlı Ayətullah Sistani ofisinin mesajı

Ayətullah əl-Üzma Sistani ofisi bəyanat yayıb.

Ayətullah əl-Üzma Sistaninin ofisi yaydığı bəyanatda İnqilabın şəhid rəhbərinin xatirəsini ehtiramla yad edərək, İran İslam Respublikasının yeni rəhbərinin İran xalqına xidmət, düşmənlərin şərinin dəf edilməsi və milli birlik və həmrəyliyin qorunması yolunda ilahi müvəffəqiyyət qazanacağına ümid etdiyini bildirib.

Bəyanatın tam mətni belədir:

Bismihi-Taala

İran İslam Respublikasının mərhum rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin xatirəsini ehtiramla yad edərək ümid edirik ki, hörmətli varisi böyük İran xalqına xidmət etməkdə, düşmənlərin şərini dəf etməkdə və milli birlik və həmrəyliyi qorumaqda ilahi müvəffəqiyyət və dəstək qazanar.

21 mübarək Ramazan ayı 1447 h.q.

Nəcəfi-Əşrəf
Həzrət Ayətullah əl-Üzma Sistaninin ofisi

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir