Müqəddəs İmam Əli (ə) hərəmi, Yetim və Ehtiyac Sahiblərinə Himayədarlıq Mərkəzinin nümayəndəliyi ilə əməkdaşlıq edərək, həmin mərkəzdə qeydiyyatda olan himayədar ailələr üçün Ramazan bağlamalarının paylanmasına başlayıb. Bağlamaların sayı 3 mindən çoxdur.
Mərkəzin rəhbəri Kərrar ət-Təmimi xəbər mərkəzinə müsahibəsində bildirdi: Paylanma prosesi mərkəzin məlumat bazasında qeydiyyatda olan və Nəcəf Əşrəf şəhəri, onun rayonları və tabeliyindəki bölgələrin coğrafi ərazisində yaşayan 3 mindən çox ailə üçün başlamışdır.
O əlavə etdi: Ərzaq bağlamaları müxtəlif növ ərzaq məhsullarından ibarətdir və təhvil verilmə prosesi mərhələli və nizamlı iş qaydası əsasında həyata keçirilir ki, məhsulların vətəndaşlara çatdırılması təmin olunsun.


