İmam Əli (ə) hərəminin ilahi nəğmələr qrupunun bu iştirakı, “Samirra torpağında göyün parıltısı” şüarı altında keçirilən dini nəğmələr oxuma məclisinin proqramı çərçivəsində olmuşdur. Bu məclisdə İraqın müqəddəs hərəmlərinə və İran İslam Respublikasına mənsub bir neçə ilahi nəğmələr qrupu iştirak edirdi.
Bu məclisdə bəşəriyyətin xilaskarı İmam Məhdinin (ə.f) anadan olmasının əzəmət və mövqeyini ifadə edən, həmçinin bu mübarək münasibətdə İslam ümmətinin sevinc, vilayət və intizar ruhunu əks etdirən bir sıra dini nəğmələr ifa olunmuşdur.
Qeyd edək ki, bu məclisdə imam Əli (ə), imam Hüseyn (ə), imam Kazim (ə), imam Rza (ə), imam Əsgəri (ə) və Abbas (ə) hərəmlərinin ilahi nəğmələr qrupları, həmçinin həzrəti Məsumə (ə) hərəmi və Kufə böyük məscidinin ilahi nəğmələr qrupu iştirak edirdi.





