Most searched:

Qəzəl tac

Möminlərin Əmiri imam Əlinin (ə) müqəddəs zərihinin üzərində qızıl tacın quraşdırılması

İmam Əli (ə) hərəmi, Məhəmmədi Nurların doğum günü ərəfəsində Möminlərin Əmiri İmam Əlinin (ə) müqəddəs məzarı ilə bağlı ən əlamətdar tarixi layihələrdən birini təqdim edib.

İmam Əli (ə) hərəmi, möminlərin əmiri imam Əlinin (ə) müqəddəs zərihinin qızıl tacının yenidən qızılla örtülməsi və quraşdırılması layihəsini təqdim edib.

İki İllik Fasiləsiz Əmək

İmam Əli (ə) hərəminin qəyyumluq ofisinə bağlı qızıl emalatxanasının müdiri Zeyd Məşhədi, xəbər mərkəzinə açıqlamasında bildirib: Bu layihə iki il 30 gün davam edən fasiləsiz iş nəticəsində həyata keçirilib. Layihə qızıl emalatxanasının ixtisaslaşmış heyəti tərəfindən qabaqcıl mühəndislik standartları əsasında icra olunan çox dəqiq texniki mərhələləri əhatə edib.

460 Qızıl Parça

O əlavə edib: Bu əməliyyat zamanı müqəddəs tac tamamilə söküldü, köhnə qızıl çıxarıldı və qızıl külçələr şəklində əridildi. Həmçinin qızıl tacın zədələnmiş hissələri yenidən həkk olundu və bərpa edildi. Nəhayət, bu sahədə ilk dəfə tətbiq edilən elmi və müasir bir üsulla təxminən 460 qızıl parça qızıl suyuna çəkildi və qızılla örtüldü.

Məşhədi qeyd edib: Qızıl tacın müqəddəs zərih üzərində yenidən quraşdırılmamışdan əvvəl ölçüləri müqəddəs hərəmin döşəməsindən etibarən 6.63 metr uzunluq, 4.42 metr hündürlük və 5.45 metr en olub.

Qızıl Çıraqdanlar

O sözünə davam edərək bildirib: Bu layihə həmçinin müqəddəs imam Əlinin (ə) zərihinin künclərində dörd ədəd qızıl çıraqdanın üzərinə rəngli şüşə tozları çəkilib gözəl naxışlar vurmaqla quraşdırılmasını da əhatə edib. Bunlar inanc mənaları daşıyır və bitki mənşəli və İslami naxışlarla bəzədilib. Bundan əlavə, zərihin kənarlarının ortasında yerləşən köhnə qızıl örtüklü çıraqdanlar xüsusi simvolizm ilə dizayn edilmiş yeni nümunələrlə əvəz olunub. Elə bir tərzdə ki, onların yuxarı hissəsi dəbilqə və döyüşçü qiyafəsini simvolizə edir və sülh və əmin-amanlığı ifadə edən gül çiçəkləri və üzüm salxımları naxışları ilə bəzədilib.

İnanc Mənaları və Simvolları

Məşhədi izah edib: Yeni çıraqdanlar xüsusi naxışlar və bəzəklərlə işlənmiş beş böyük parçasına malikdir. Həmçinin onların üzərində on iki məsum imamın (ə) adları həkk olunmuş daha kiçik parçaları yerləşir. Bundan başqa, Əhli-Beyt üzvlərinin (ə) adlarının xüsusi bir naxışı da onların üzərində həkk olunub və bütün bu əsərlər tamamilə İmam Əli (ə) Hərəminin Qızıl Emalatxanasında qızıl suyuna çəkilmişdir.

Qeyd edək ki, bu layihə İmam Əli (ə) hərəminin dini və tarixi abidələrin qorunmasına verdiyi əhəmiyyət çərçivəsində, ən yüksək bədii və texniki standartlar əsasında icra edilmişdir. Məqsəd möminlərin əmiri imam Əlinin (ə) müqəddəs məzarının tarixi və inancını qorumaq və möhkəmləndirməkdir.

Daha aydın məlumat üçün şəkillərə baxım

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir