Hərəmi-Şərifdə keçirilən xüsusi mərasimdə Kaşifu əl-Qita İctimai Kitabxanasının Əlyazmalarının Siyahısı ensiklopediyasının təqdimatı olub. Bu tədqiqat işi Nəcəfİ -Əşrəfin elmi irsinin qorunması və İslam dünyasında elmin mühafizəsi istiqamətində atılmış bir addımdır.
Kaşif əl-Qita İctimai Kitabxanasının Əlyazmalarının Siyahısı ensiklopediyasının təqdimat mərasimi Hərəmi-Şərifdə keçirilib. Bu əsər, yaşı 500-700 ilə qədər olan fiqh və üsul əlyazmalarının toplanması və arxiv şəklində təşkil olunması işini əhatə edir. Bu ensiklopediya dörd cilddən ibarətdir və təxminən 900 əsərin siyahısı verilib.
Hərəmi-Şərifin rəhbəri Seyid İsa əl-Xərsan, elm adamları, mütəxəssislər, müəllimlər və elmiyyə hövzəsinin tələbələrinin iştirak etdiyi mərasimdə, bu əsərin İslam elmi irsinin qorunması baxımından əhəmiyyəti vurğulanıb.











