Most searched:

İraqın müqəddəs ziyarətgahlarının rəhbərlərinin görüşü İmam Hüseynin (ə) qardaşı Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin ev sahibliyi ilə keçirilib

Müqəddəs ziyarətgahların rəhbərlərinin iştirakı ilə keçirilən görüş İmam Hüseynin (ə) qardaşı Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs hərəminin yaxınlığında baş tutub.

İmam Əli (ə) hərəminin rəhbəri Seyid İsa Xərrasan Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs hərəminin ev sahibliyi ilə keçirilən müqəddəs ziyarətgahların rəhbərlərinin görüşündə iştirak edib. Görüşdə birgə əməkdaşlığın gücləndirilməsi və əziz zəvvarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi yolları müzakirə olunub.

İclasda müqəddəs ziyarətgahların fəaliyyəti ilə bağlı müxtəlif məsələlər gündəmə gətirilib. Xidmətlərin genişləndirilməsi və səviyyəsinin yüksəldilməsi, eləcə də müxtəlif sahələrdə koordinasiyanın gücləndirilməsi, təcrübə və nailiyyətlərin bölüşdürülməsi məqsədilə bir sıra təkliflər nəzərdən keçirilib.

Bu görüş müqəddəs ziyarətgahların rəhbərləri arasında mütəmadi keçirilən məsləhətləşmə görüşlərinin davamı olaraq təşkil edilib. Həmin görüşlərdə ziyarətgahların dini və xidmət məsuliyyətlərinə uyğun olaraq tikinti və abadlıq, elmi-mənəvi və mədəni məsələlərin müzakirəsi, eləcə də birgə fəaliyyətlərin əlaqələndirilməsi məqsədi daşıyan məsələlərə baxılır.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir