Most searched:

İmam Əli (ə) hərəminin Beynəlxalq Ərəb Şeiri Festivalının keçirilməsinə hazırlığı

İmam Əli (ə) hərəmi «Böyük Peyğəmbər» adlı V Beynəlxalq Ərəb Şeiri Festivalının keçirilməsinə hazırlaşıb.

İmam Əli (ə) hərəmi «Həzrəti Məhəmməd (s) və İmam Sadiqin (ə) Beynəlxalq Həftəsi» çərçivəsində «Böyük Peyğəmbər» adlı V Beynəlxalq Ərəb Şeiri Festivalının keçirilməsi üçün hazırlıqları tamamlayıb.

Bu festival İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mövlud ildönümü münasibətilə, İraqın və bir sıra ərəb və İslam ölkələrinin tanınmış şair və ədiblərinin iştirakı ilə keçiriləcək.

Festivalın icra rəhbəri Cəfər əl-Bədiri xəbər mərkəzinə verdiyi müsahibəsində bildirib:

«Festivalın keçirilməsi üçün hazırlıqlar aidiyyəti bölmələr arasında koordinasiya əsasında başa çatdırılıb.»

O izah edib ki, festivalın proqramı bir sıra ədəbi və incəsənət bölmələrindən ibarətdir. Bu proqram çərçivəsində şeir qiraəti, səhnə tamaşalarının nümayişi, vizual materialların təqdimatı, həmçinin Nəcəfi-Əşrəf şəhərinin şeir və ədəbiyyat tarixinin bəzi məqamlarına nəzər salınması nəzərdə tutulub.

O əlavə edib:

«Festival çərçivəsində İraqdan və səkkiz ərəb və İslam ölkəsindən iştirak edən şair və qonaqlar üçün mədəni proqramlar və qonaqpərvərlik tədbirləri də təşkil olunacaq. Bu proqramlar şairlər, ədiblər, tənqidçilər və mədəniyyət sahəsinə maraq göstərən şəxslər arasında əlaqə və qarşılıqlı ünsiyyət üçün imkan yaradacaq.»

O vurğulayıb ki, bu festival İslam Peyğəmbərinin (s) həyatı və İslam dəyərləri ilə bağlı poetik əsərlərin təqdim edilməsi üçün mühüm fürsətdir.

Əl-Bədiri həmçinin bildirib:

«Bu festivalın keçirilməsində məqsəd şeir və ədəbi sənət vasitəsilə Nəbəvi sirə ilə əlaqəni möhkəmləndirmək, şairləri, ədibləri və tənqidçiləri cəlb etmək, gənc şairləri dəstəkləmək, Nəcəfi-Əşrəf şəhərinin ədəbi mövqeyini və onun zəngin şeir irsini önə çıxarmaqdır.»

O əlavə edib ki, İmam Əli (ə) hərəminin mədəni fəaliyyətlərdə iştirakını gücləndirmək, həmçinin mədəni və ədəbi sahələrdə fəaliyyət göstərən rəsmi, ictimai və universitet qurumları ilə əlaqə körpüləri yaratmaq da festivalın digər məqsədlərindəndir.

Festivalın proqramları İmam Əli (ə) hərəminin Media Bölməsi, Strateji Planlaşdırma və İnkişaf Bölməsinin «Nəzm» Mərkəzi, Fikir və Mədəniyyət İşləri Bölməsi və İctimaiyyətlə Əlaqələr Bölməsinin əməkdaşlığı və koordinasiyası ilə keçiriləcək.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir