“Çeşmeyi-Atəbə” su zavodu istehsal gücünü ən yüksək səviyyəyə çatdırdığını açıqlayıb.
İmam Əli (ə) müqəddəs astanada gecə-gündüz həyata keçirilən əməliyyat proqramı çərçivəsində “Çeşmeyi-Atəbə” su zavodunun bütün texniki və istehsal imkanları Ərbəin zəvvarlarına xidmət göstərmək üçün səfərbər edilib. İstehsal gücünün artırılması ilə milyonlarla zəvvarın içməli suya olan tələbatı təmin olunub.
Gecə-gündüz həyata keçirilən əməliyyat proqramı
“Çeşmeyi-Atəbə” zavodunun müavini Əhməd Əbdülkərim xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: «Ötən şəvval ayının əvvəlindən zavodun əməliyyat proqramına başlanılıb və 24 saatlıq iş rejiminin tətbiqi ilə istehsal prosesi Ərbəin günləri ərzində fasiləsiz davam edib.
Bu layihə çərçivəsində istehsal xətlərinin istismarı, eləcə də texniki təmir və texniki xidmət qrupları da daxil olmaqla müxtəlif bölmələrdə 100 xidmətçi fəaliyyət göstərir. Bununla da hər hansı problem yarandığı təqdirdə, ona dərhal müdaxilə edilir və istehsal xəttinin fəaliyyətinin sabitliyi qorunur».
İstehsal xətlərinin genişləndirilməsi
O əlavə edib: «Bu müddət ərzində yeni istehsal xətti istifadəyə verilib. Həmçinin dünyanın tanınmış brendlərinə məxsus müasir su təmizləmə xətləri kompleksə əlavə olunub».
Onun sözlərinə görə, bu yeniliklər nəticəsində zavodun gündəlik istehsal gücü ötən il 25 min qutudan bu il 30 min qutuya yüksəlib.
Strateji ehtiyatın yaradılması
O həmçinin bildirib: «Texniki heyət təxminən 500 min qutudan ibarət strateji su ehtiyatı yaratmağa nail olub. Bundan əlavə, indiyədək Ələvi müqəddəs astananın müxtəlif bölmələrinə və zəvvarlara xidmət göstərən mərkəzlərə təxminən 600 min qutu su təqdim edilib».
O vurğulayıb ki, zavodun fəaliyyəti əməliyyat proqramına uyğun olaraq Ərbəin günlərinin sonunadək davam edəcək.
Qeyd edək ki, Ələvi müqəddəs astana İmam Əmirəl-möminin Əlinin (əleyhis-salam) müqəddəs ziyarətgahını ziyarət etmək üçün Hüseyni Ərbəini günlərində gələn zəvvarlara xidmət göstərmək məqsədilə bütün xidmət və dəstək imkanlarını səfərbər edib.










