Most searched:

İmam Əli (ə)

İmam Əli (ə) hərəmi tərəfindən Ərbəin zəvvarları üçün istiqamətləndirici lövhələr quraşdırılır

İmam Əli (ə) hərəmi 3000 metr uzunluğunda istiqamətləndirici lövhələr və zəvvarlar üçün 150 min xüsusi kitabça çap etməklə xidmətlərini genişləndirir.

İmam Əli (ə) hərəminin İnvestisiya Heyətinə bağlı «Daru Əbu Talib» çap və nəşriyyat bölməsi Ərbəin zəvvarlarını qarşılamağa hazırlıq çərçivəsində bu mübarək günlər üçün zəruri materialların çapına dair hərtərəfli proqramı həyata keçirməyə davam edir. Bu proqramın məqsədi zəvvarların hərəkətinin daha yaxşı tənzimlənməsi və maarifləndirici materiallarla təmin olunmasıdır.

«Daru Əbu Talib» nəşriyyatının çap məhsullarının istehsalı bölməsinin məsul şəxsi Amir Xələf Rəhim imam Əli (ə) hərəminin xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: «Bu bölmə müqəddəs Kərbəlaya və Əmirəlmöminin (ə) müqəddəs hərəminə aparan yolların istiqamətlərini göstərən stiker və lövhələrin şəhərin həm qədim hissəsinin daxilində, həm də xaricində çapına başlayıb».

O əlavə edib: «Çap edilmiş və hazırda çap olunan istiqamətləndirici lövhələrin ümumi uzunluğu 3000 metri keçib. Hazırlandıqdan sonra onlar “Nizam” mərkəzinə, Strateji Planlaşdırma və İnkişaf bölməsinə, Zəvvarların İstiqamətləndirilməsi bölməsinə, imam Əli (ə) hərəminin digər bölmələrinə, eləcə də Nəcəfi-əşrəf şəhərində və ətraf ərazilərdə fəaliyyət göstərən Hüseyni xidmət məntəqələrinə təqdim olunacaq».

O, həmçinin bildirib: “Daru Əbu Talib” bölməsi təharət hökmləri və ziyarətlərə dair kitabçaların ərəb, ingilis və fars dillərində çapını davam etdirir. Ərbəin günlərində ümumilikdə bu kitabçaların 150 min nüsxəsi zəvvarlar arasında paylanacaq və müxtəlif millətlərdən olan zəvvarların ehtiyaclarını qarşılayacaq.

O, bölmənin digər fəaliyyətləri barədə də deyib: «Zəvvarlara xidmət göstərilməsində iştirak edən könüllülər üçün nömrələnmiş 1500 ədəd xüsusi vəsiqənin çapı da bu bölmənin üzərinə düşür. Bu tədbir sahə fəaliyyətlərinin nizamlanmasına və vəzifələrin yerinə yetirilməsinin asanlaşdırılmasına kömək edir».

O vurğulayıb ki, «Daru Əbu Talib» bölməsinin əməkdaşları məsuliyyətli ruhla fəaliyyətlərini davam etdirir və bütün çap sifarişlərini vaxtında tamamlamaq üçün hər gün 12 saatdan çox çalışırlar.

O, bu kollektivin əməkdaşlarının fədakarlığını və ixlasını yüksək qiymətləndirərək bildirib ki, onların bir çoxu Ərbəin üçün nəzərdə tutulan proqramları və Ərbəin zəvvarlarına xidmət işlərini tamamlamaq məqsədilə iş saatları başa çatdıqdan sonra belə iş yerində qalırlar.

Qeyd edək ki, imam Əli (ə) hərəmi bütün bölmələrini səfərbər etməklə imam Hüseynin (ə) Ərbəin zəvvarlarına ən yaxşı xidmətləri göstərməyə çalışır. Bu zəvvarlar Nəcəfi-əşrəfdə yerləşən Əmirəlmömininin (ə) müqəddəs hərəmini möhtəşəm Ərbəin mərasimində iştirak etmək üçün müqəddəs Kərbəlaya doğru hərəkətlərinin əsas başlanğıc məntəqəsi hesab edirlər.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir