Most searched:

Nəcəf Əşrəf

İmam Əli (ə) hərəminin ərazisində Hüseyni xidmət məntəqələrinin sahibləri üçün konfrans keçirilib

Nəcəf-əşrəf Elmi Hövzəsi Ərbəin ərəfəsində imam Əli (ə) hərəminin yaxınlığında Hüseyni xidmət məntəqələrinin sahiblərinin illik toplantısını keçirib.

İmam Əli (ə) hərəmi Nəcəf-əşrəf Elmi Hövzəsi tərəfindən, mindən çox Hüseyni xidmət məntəqəsinin iştirakı ilə keçirilən Hüseyni xidmət məntəqələri sahiblərinin 13-cü illik konfransına ev sahibliyi edib.

Bu konfrans Hüseyni xidmət məntəqələrinin Ərbəin yürüşü marşrutu boyunca təbliğati və xidmət fəaliyyətindəki rolunu gücləndirmək məqsədilə imam Əli (ə), imam Hüseyn (ə), Kazimeyn və həzrət Abbas (ə) müqəddəs hərəmlərinin birgə dəstəyi ilə keçirilib.

Elmi Hövzənin ustadı Höccətül-islam vəlmüslimin Seyid Əhməd Əşkuri konfransdakı çıxışında bildirib:

«İmam Hüseynə (ə) xidmətin mənəvi tərəfi Hüseyni xidmətin ilk və ən əsas dayağıdır. Zəvvarlara xidmət göstərmək hər kəsə nəsib olmayan bir şərəf və ilahi lütfdür. O, xidmət məntəqələrinin sahiblərindən bu məsuliyyətin əzəmətini dərk etmələrini və bunu zəvvarlara xidmət göstərməkdə, eləcə də Hüseyni dəyərləri təbliğ etməkdə əks etdirmələrini istəyib.»

İmam Əli (ə) hərəminin dəstəyi ilə keçirilən bu konfransda Elmi Hövzənin bir qrup ustad və alimləri, həmçinin Nəcəf-əşrəf vilayətindən və İraqın bir sıra digər vilayətlərindən olan Hüseyni xidmət məntəqələrinin sahibləri iştirak ediblər.

Bu toplantının keçirilməsində məqsəd, xüsusilə müqəddəs hərəmlər olmaqla, aidiyyəti qurumlar arasında Ərbəin ziyarəti günlərində zəvvarlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək istiqamətində koordinasiya və əməkdaşlığı gücləndirmək olub.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir