Most searched:

İmam Əli (ə) hərəmi

İmam Əli (ə) hərəmi tərəfindən gənclərin dördüncü toplantısı keçirilib

Ərbəin günləri ərəfəsində imam Əli (ə) hərəminin ərazisində gənclərin dördüncü toplantısı keçirilib.

İmam Əli (ə) hərəminin dəstəyi və Nəcəfi-əşrəf Elmi hövzə mərkəzinin səyləri ilə «Ərbəin məktəbində tələbələr: əqidədə şüur və yolda möhkəmlik» adlı gənclərin dördüncü toplantısı İmam Əli (ə) hərəminin ərazisində başlayıb. Mərasim imam Əli (ə) hərəminin rəhbəri Seyid İsa əl-Xərsanın, bir qrup hövzə müəllimi və alimlərinin, universitet xadimlərinin, eləcə də İraqın müxtəlif universitetlərindən 1000-dən çox təbliğatçının iştirakı ilə Ərbəin mərasiminə hazırlıq proqramları çərçivəsində keçirilib.

Elmi hövzə  mərkəzinin müəllimlərindən Höccətül-islam vəl-müslimin Seyid Cəfər Həkim çıxışında bildirib: « Elmi hövzə mərkəzi gənclər üçün xüsusi proqramların dəstəklənməsi, dini şüurun möhkəmləndirilməsi, mötədilliyin təbliği və gənc nəslin azğın və ekstremist düşüncələrdən qorunması sahəsində öz şəri və ictimai məsuliyyətini daşıyır».

O əlavə edib: «Ərbəin günlərində təbliğat fəaliyyəti zəvvarlarla birbaşa əlaqə yaratmaq, onların suallarını cavablandırmaq, maarifləndirici istiqamət və tövsiyələr vermək, həmçinin cəmiyyəti daha yaxından tanımaq və onun ehtiyacları ilə qarşılıqlı əlaqə qurmaq üçün dəyərli fürsətdir. Bu isə dini təlimlərlə ictimai reallıqlar arasında əlaqənin yaradılmasına kömək edir».

Tələbələrin nümayəndəsi Həsən Nasir deyib: «Universitet tələbələrinin Ərbəin günləri üçün nəzərdə tutulan xüsusi təbliğat proqramında geniş iştirakı gənc nəslin şüurunu, zəvvarlara xidmət göstərməyə və İmam Hüseynin (ə) mesajını çatdırmağa olan diqqətini göstərir».

O, həmçinin tələbələrdən ali dini mərcəiyyətin tövsiyələrini şüurun inkişafı üçün yol göstərən və dini-milli kimliyin qorunmasının əsas dayağı kimi fəaliyyətlərinin əsas prinsipi etmələrini istəyib. O vurğulayıb ki, tələbələr Ərbəin günlərində təbliğat missiyasının uğurla həyata keçirilməsində mühüm rol oynayırlar.

Qeyd edək ki, imam Əli (ə) hərəmi Ərbəin günlərində zəruri hazırlıqlar çərçivəsində indiyədək 4000-dən çox kişi və qadın təbliğatçını qəbul edib. Bu tədbir İraqın daxilindən və xaricindən gələn zəvvarlar arasında dini və mədəni maarifin yayılması məqsədilə vahid təbliğat planı çərçivəsində həyata keçirilir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir