Most searched:

İmam Hadi (ə)

Hicri 1427-ci ilin Məhərrəm ayının 23-də Samirrada yerləşən İmam Hadi və İmam Həsən Əskəri (əleyhiməs-səlam) hərəmi Əhli-beyt (əleyhimus-səlam) düşmənləri tərəfindən terror hücumuna məruz qalaraq dağıdılması

Hicri 1427-ci ilin Məhərrəm ayının 23-də Samirrada yerləşən imam Hadi və imam Həsən Əskəri (əleyhiməs-səlam) hərəmi Əhli-beyt (əleyhimus-səlam) düşmənləri tərəfindən terror hücumuna məruz qalaraq dağıdıldı.

 Lakin az diqqət yetirilən mühüm bir məqam budur ki, bu hərəm memarlıq baxımından həzrət Əmirəl-möminin Əlinin (əleyhis-səlam) mübarək hərəminə ən çox bənzəyən ziyarətgahdır.

Bu müqəddəs hərəmin ilkin nüvəsini imam Hadinin (əleyhis-səlam) evi təşkil edirdi. Həzrət, Abbasi xəlifəsi Mütəvəkkilin əmri ilə Samirraya sürgün edildikdən sonra həmin evi özü və ailəsinin yaşayışı üçün satın almışdı. Bəni-Abbas tərəfindən şəhid edildikdən sonra həmin ev imam Hadinin (əleyhis-səlam), daha sonra isə İ=imam Həsən Əskərinin (əleyhis-səlam) dəfn olunduğu məkan oldu. Bir neçə il ərzində bu ev şiələrin gizli ziyarətgahı kimi qaldı. Nəhayət, hicri 333-cü ildə Nasirüd-Dövlə Həmdani iki İmamın məzarı üzərində günbəz tikdirdi. Daha sonra Deyləmilər müqəddəs qəbrin üzərinə nəfis sandıq qoyaraq Samirra hərəmini ən gözəl şəkildə yenidən bərpa etdilər.

Bəs bu nurani hərəm nə vaxtdan həzrət Əmirəl-mömininin (əleyhis-səlam) hərəminə bənzəməyə başladı?

Qacarlar dövrünün səyyahı Mir Əbdüllətif xan Şüştəri “Töhfətül-aləm” əsərində yazır:

“Azərbaycan hakimlərindən və dövrünün saleh şəxslərindən olan Əhməd xan Xoyi, dövrünün görkəmli alimlərindən və dövlət xadimlərindən olan Mirzə Məhəmməd Rəfi, Müstəufiül-Məmalikin oğlunu xeyli maliyyə vəsaiti ilə Samirraya göndərdi ki, həmin müqəddəs hərəmi və İmam Mehdinin (əccələllahu taala fərəcəhu əl-şərif) böyük qeybə çəkildiyi sərdabını Nəcəf Əşrəfdəki hərəmin üslubunda yenidən inşa etsin. O, İrandan bacarıqlı memarlar və ustalarla birlikdə gəldi, paşadan icazə aldıqdan sonra tikinti işlərinə başladılar.”

Məhz həmin dövrdə Əmir Kəbirin vəsiyyətinə əsasən, onun vəsaiti hesabına hərəmdə genişmiqyaslı bərpa işləri həyata keçirildi. Bu işlərə günbəzin qızıl örtüklə bəzədilməsi, həyətin və eyvanların təmiri, həmçinin kaşı ilə üzlənməsi daxil idi. Hicri 1427-ci ilin Məhərrəm ayında vəhhabilərin dağıtdığı hərəm də məhz bu hərəm idi.

Bu gün həmin müqəddəs hərəmin bərpası davam etsə də, həzrət Əmirəl-mömininin (əleyhis-səlam) və onun məsum övladlarının məzlumluğunun səsi əvvəlkindən daha uca şəkildə haqqı eşidən qulaqlara çatır.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir