Most searched:

Qədir Xum bayrağı

Bəsrə vilayətində Qədir Xum bayrağının ucaldılması mərasimi

Müqəddəs imam Əli (ə) hərəmi Bəsrə vilayətində Qədir Xum bayrağının ucaldılması mərasimini keçirmişdir.

“İydullahil-Əkbər” –Qədir Xum bayramı münasibətilə və Qədir Xum bayrağının İraqın və dünyanın 150-dən çox nöqtəsində ucaldılması proqramı çərçivəsində Müqəddəs imam Əli (ə) hərəminin rəhbərliyi ali dini mərcəiyyətin nümayəndəsi və “Qəməri Bəni-Haşim (ələyhis-səlam)” müəssisəsinin əməkdaşlığı ilə Bəsrə vilayətində Qədir Xum bayrağının ucaldılması mərasimini təşkil etmişdir.

Bu mübarək mərasimdə müqəddəs imam Əli (ə) hərəminin idarə heyətinin üzvü Mustafa Məni, onu müşayiət edən nümayəndə heyəti, ali dini mərcəiyyətin nümayəndəsi Höccətülislam vəl-Müslimin Seyid Asif Musəvi, “Qəmər Bəni-Haşim (əleyhissəlam)” müəssisəsinin məsul şəxsləri, bir qrup alim, tayfa ağsaqqalları və Bəsrə vilayətinin ictimai xadimləri iştirak etmişlər.

Mustafa Mina mərasimin açılış nitqində demişdir:

Bu günlərdə İydullahil-Əkbər –Qədir Xum bayramının ətirli xatirəsi yenidən aramızda canlanır. Bu münasibət həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) İslam ümmətinin vicdanında daim yaşamasını istədiyi bir həqiqəti xatırladır. Həmin həqiqət Mövlamız Əmirəlmöminin Əlinin (ələyhis-səlam) vilayətidir. Bu vilayət risalətin təbii davamı, onun mənalarının qoruyucusu və insanın hidayəti, ədalətin bərpası, dinin təhrif və şübhələr qarşısında müdafiəsi kimi ali məqsədlərinin əmanətdarıdır.

O, Qədir bayramının vilayətə bağlılıq, Müttəqilərin Mövlası Əmirəlmöminin Əli (ələyhis-səlam) ilə əhd və beyətin yenilənməsi baxımından əhəmiyyətini vurğulayaraq, ali dini mərcəiyyətin nümayəndəsinə, “Qəmər Bəni-Haşim (ələyhis-səlam)” müəssisəsinə və Bəsrə vilayətinin möminlərinə bu etiqadi mərasimin keçirilməsində göstərdikləri birgə səylərə görə təşəkkürünü bildirmişdir.

Bəsrə vilayətində ucaldılan Qədir bayrağı İraq vilayətlərində qaldırılan bayraqlar arasında ən böyük Qədir Xum bayrağı hesab olunur. Bayrağın sahəsi 100 kvadratmetrdir və o, 27 metr hündürlüyündə olan bayraq dirəyinin üzərində quraşdırılmışdır.

Qeyd edək ki, Qədir Xum bayrağının ucaldılması mərasimi Qədir Xum həftəsinin ən mühüm proqramlarından biridir. Bu mərasim İraqın və dünyanın 150 müxtəlif nöqtəsində, o cümlədən müqəddəs hərəmlərdə, ziyarətgahlarda, meydanlarda və əsas ictimai məkanlarda keçiriləcəkdir. Məqsəd vilayət məfhumunu, Əmirəlmömininə (əleyhissəlam) sədaqəti və bu böyük münasibətin əzəmətini nümayiş etdirməkdir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir