İmam Əli (ə) hərəminin tikiş emalatxanası İfaf həftəsi üçün nəzərdə tutulan xüsusi parça bannerlərin hazırlanmasını başa çatdırıb.
İmam Əli (ə) hərəminə tabe olan tikiş emalatxanası Həzrət Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövludunun ildönümü münasibətilə Əfaf həftəsi üçün nəzərdə tutulan parça bannerlərin və dekorativ vasitələrin hazırlanmasını yekunlaşdırıb.
Bu işlər İmam Əli (ə) hərəminin həmin əlamətdar günün daha möhtəşəm keçirilməsi istiqamətində həyata keçirdiyi proqramlar çərçivəsində görülüb. Hazırlanan materiallara müxtəlif İslami məzmun və ifadələrin yer aldığı parça bannerlər və dekorativ nümunələr daxildir. Onlar İmam Əli (ə) hərəm kompleksinin müxtəlif bölmələrində və ətraf ərazilərdə quraşdırılacaq.
Tikiş emalatxanasının məsul şəxsi Heydər Abdullah xəbər mərkəzinə verdiyi müsahibədə bildirib:
«İmam Əli (ə) hərəminin mütəvəllisinin göstərişi və “Nəzm” Planlaşdırma və İnkişaf Mərkəzi ilə koordinasiya əsasında bu bölmənin əməkdaşları dünya xanımlarının xanımı Həzrət Fatimeyi-Zəhra (s.ə.) və Möminlərin Əmiri İmam Əlinin (ə) vəsfində müxtəlif İslami ifadələrin yer aldığı xüsusi parça bannerlərin hazırlanmasına başlayıblar».
O, əlavə edib:
«Əsas bayrağın, eləcə də İmam Əli (ə) hərəmindəki dəhlizlər üçün nəzərdə tutulan xüsusi parça örtüklərin və Səvrət əl-İşrin küçəsinin yerüstü körpüləri və meydanı üçün bayraqların hazırlanması da planlaşdırılan işlər sırasına daxil idi və artıq tamamlanıb».
İmam Əli (ə) hərəminin tikiş emalatxanasının məsul şəxsi Xanım Fatimeyi-Zəhra (s.ə.) həyətinin bəzədilməsi üçün görülən hazırlıqlara toxunaraq bildirib:
«Bu həyətdə parça bannerlərin quraşdırılması üçün xüsusi yerlər müəyyən edilib. Bu məqsədlə 10×20 metr ölçüdə bannerlər, eyvanlar üçün 48 ədəd parça dekorasiya və İmam Əli (ə) hərəminin müxtəlif bölmələrində quraşdırılmaq üçün 54 ədəd parça lent hazırlanıb».
Bu hazırlıqlar İmam Əli (ə) hərəmində Həzrət Fatimeyi-Zəhranın (s.ə.) mövludunun ildönümünün layiqincə qeyd olunmasına və o həzrətin yüksək məqamına uyğun mənəvi mühitin yaradılmasına göstərilən diqqətin tərkib hissəsidir. Bu təşəbbüslər həmçinin İmam Əli (ə) hərəmində müsəlman qadına ehtiramın və bu mübarək günün əziz tutulmasının bariz nümunəsidir.








