İmam Əli (ə) hərəmi Həzrət Ümmül-Bəninin (s.ə.) vəfatının ildönümü münasibətilə xanımlar üçün matəm məclisi təşkil edib.
İmam Əli (ə) hərəmində Dini İşlər şöbəsinə tabe olan Şəri Suallara Cavab və Ailə Məsləhətləri bölməsi Həzrət Ümmül-Bəninin (s.ə.) vəfatının ildönümü münasibətilə ənənəvi matəm məclisini Xanım Fatimeyi-Zəhranın (s.ə.) həyətində keçirib. Məclisdə çoxsaylı xanım zəvvarlar və İmam Əli (ə) hərəmində çalışan xidmətçilər iştirak ediblər.
Mərasim Qurani-Kərimin ayələrinin tilavəti ilə başlayıb. Daha sonra Həzrət Ümmül-Bənin (s.ə.) üçün xüsusi ziyarətnamə oxunub.
Həmçinin, həmin böyük xanımın həyat və mənəvi irsi, fədakarlığı, imanlı mövqeyi, eləcə də Kərbəla faciəsində övladlarının şəhadəti ilə bağlı müsibətlər yad edilib və onun həyatından nümunələr xatırlanıb.
Bu bölmənin məsul şəxsi xanım Sundus Rza bildirib:
«Bu məclisin keçirilməsi İmam Əli (ə) hərəmində həyata keçirilən maarifləndirmə proqramları çərçivəsində təşkil olunub. Məqsəd xanımların etiqadi biliklərini artırmaq, Əhli-beytin (ə) həyat və davranışından qaynaqlanan dəyərləri gücləndirmək və möhkəmləndirmək, həmçinin zəvvarlara birbaşa şəriət və məsləhət xidmətləri göstərməkdir».





