Most searched:

Əmirəlmöminin (ə)

Əmirəlmöminin (ə) hərəminin ətrafında Ərbəin günləri münasibətilə pulsuz internet layihəsi istifadəyə verildi

İmam Əli (ə) hərəmi ziyarətçilərə xidmətlərin keyfiyyətini artırmaq məqsədilə hərəmin ətrafında pulsuz internet xidmətini istifadəyə verib.

İmam Əli (ə) hərəminin İnformasiya Texnologiyaları Mərkəzi Əmirəlmöminin həzrət Əlinin (ə) müqəddəs hərəminin ətrafında pulsuz internet xidmətinin istifadəyə verildiyini açıqlayıb.

Bu addım imam Əli (ə) hərəminin Səfər ayı, xüsusilə də Ərbəin ziyarəti günlərində zəvvarların qarşılanmasına hazırlıq çərçivəsində həyata keçirdiyi genişmiqyaslı proqramların tərkib hissəsidir.

Milyonluq ziyarətlərin Əməliyyat Otağının üzvü Məhəmməd Kəşkul Hərəmin Xəbər Mərkəzinə verdiyi müsahibədə bildirib: «Bu layihə İmam Əli (ə) hərəminin rəhbərliyinin göstərişi və Nəcəf Əşrəf Telekommunikasiya və İnformasiya Texnologiyaları Baş İdarəsi ilə birbaşa koordinasiya əsasında həyata keçirilib. Məqsəd zəvvarlara ən yüksək səviyyədə rabitə və informasiya texnologiyaları xidmətləri təqdim etmək, onların ailə üzvləri və yaxınları ilə rahat əlaqə saxlamalarını təmin etməkdir.»

O əlavə edib: «Bu xidmət hər gün 10 mindən çox zəvvarın “WhatsApp”, “Telegram” və digər müasir rabitə proqramları və sosial şəbəkələrdən istifadə etməsinə imkan yaradır. Bu da müqəddəs hərəmin ətrafında göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə töhfə verir.»

Məhəmməd Kəşkul qeyd edib ki, İnformasiya Texnologiyaları Mərkəzinin mühəndis heyəti layihənin icrasına təxminən 80 ədəd ötürücü qurğunun quraşdırılması və istifadəyə verilməsi ilə başlayıb. Bunun sayəsində müqəddəs hərəmin ətrafı tam şəkildə internet şəbəkəsi ilə əhatə olunacaq.

O vurğulayıb ki, bu xidmət Məhərrəm və Səfər ayları boyunca fasiləsiz olaraq zəvvarların istifadəsində olacaq.

Qeyd edək ki, imam Əli (ə) hərəmi hər il qabaqlayıcı hazırlıq proqramları həyata keçirərək və zəruri imkanları təmin edərək, İraqın daxilindən və xaricindən Həzrət Əmirəlmöminin Əlinin (ə) müqəddəs ziyarətgahını ziyarət etmək üçün gələn qadın və kişi zəvvarlara xidmət göstərməyə hazırlaşır. Bu zəvvarlar daha sonra Kərbəlaya yollanaraq möhtəşəm Ərbəin ziyarətində iştirak edirlər.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir