Həzrət Əmirəlmöminin Əlinin (ə) Allahın kəlamı aynasında tanınması; «imam Əliyə (ə) aid olan ayələr» Qurani-Kərimdə həzrət Əmirəlmömininin (ə) məqam və mənzilətinə bir baxışdır.
Bu gün müzakirə olunan ayə Şərh surəsinin 1-ci ayəsidir:

Allah-Taala Şərh surəsinin 1-ci ayəsində buyurur:
أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ؛
Məgər Biz sənin köksünü açıb genişləndirmədikmi?»
Allah buyurdu:
Biz Əmirəlmöminin Əlini (ə) sənin vəsin təyin etdik. Məkkə fəth olunduğu və Qüreyş islamı qəbul etdiyi zaman Allah Peyğəmbəri-Əkrəminin (s) köksünü genişləndirdi və işlərini onun üçün asanlaşdırdı.
Peyğəmbərlərin sonuncusu (s)
Rəvayət olunmuşdur ki, həzrət Rəsulullah (s) bu ayəni tilavət etdi:
أَفَمَنْ شَرَحَ اللَّهُ صَدْرَهُ لِلْإِسْلَامِ فَهُوَ عَلَىٰ نُورٍ مِنْ رَبِّهِ….
Məgər Allahın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?!… (Zumər, 22)
Sonra buyurdu:
Bu, Allahın möminin qəlbinə saldığı bir nurdur; nəticədə onun köksü genişlənər.
Soruşdular:
Bunun tanınmasına səbəb olan bir əlamət varmı?
Buyurdu:
Bəli! Əbədi yurda yönəlmək, aldadıcı dünyadan uzaqlaşmaq və ölüm gəlməmişdən əvvəl ona hazır olmaq. [1]
İmam Cəfər Sadiq (ə)
Cəmil və Həsən ibn Raşid İmam Sadiqdən (ə) Allah-Taalanın bu kəlamı barədə nəql etmişlər:
أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ
Məgər Biz sənin köksünü açıb genişləndirmədikmi?
Həzrət buyurdu:
(Bu genişlənmə) Əmirəlmöminin Əlinin (ə) vilayəti ilə olmuşdur. [2]
Həmçinin imam Baqir (ə) və imam Sadiqdən (ə) nəql olunmuşdur ki, buyurmuşlar:
أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ
– Məgər sənə vəsinin kim olduğunu bildirmədikmi? Beləliklə, onu sənin yardımçın və düşməninin xar edən qərar verdik. [3]
Süleyman deyir:
«Allah-Taalanın أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ kəlamı barədə imam Sadiqdən (ə) soruşdum. Həzrət buyurdu: “(Bu, köksün) Əmirəlmöminin Əli (ə) ilə genişləndirilməsi deməkdir. Allah onu sənin vəsin qərar vermişdir.” [4]
İmam Əli ibn Musa ər-Rza (ə)
Bu ayə haqqında buyurmuşdur:
أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ
– Ey Məhəmməd (s)! Məgər Mən Əlini (ə) sənin vəsin təyin etmədimmi? [5]
Əli ibn İbrahim (r.ə)
O, bu ayənin təfsiri barədə deyir:
أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ
– Allah buyurdu: “(Biz sənin köksünü) Əli (ə) ilə genişləndirdik və onu sənin vəsin təyin etdik. Məkkə fəth edildiyi və Qüreyş islamı qəbul etdiyi zaman Allah Peyğəmbəri-Əkrəminin (s) köksünü genişləndirdi və işlərini onun üçün asanlaşdırdı.”» [6]
Mənbələr
[1] Təfsir Əhlül-beyt (əleyhimus-səlam), c. 18, s. 194; Rövzətül-vaizin, c. 2, s. 448.
[2] Təfsir Əhlül-beyt (əleyhimus-səlam), c. 18, s. 194; Biharül-ənvar, c. 36, s. 95; Bəsairüd-dərəcat, s. 72.
[3] Təfsir Əhlül-beyt (əleyhimus-səlam), c. 18, s. 194; Biharül-ənvar, c. 36, s. 134; əl-Mənaqib, c. 3, s. 23 (burada «يُذِلّ» əvəzinə «كَذَلَّ» qeyd edilmişdir); Təfsir Furat əl-Kufi, s. 574.
[4] Təfsir Əhlül-beyt (əleyhimus-səlam), c. 18, s. 194; Biharül-ənvar, c. 36, s. 135; Təvilül-ayatiz-zahirə, s. 786.
[5] Təfsir Əhlül-beyt (əleyhimus-səlam), c. 18, s. 194; Biharül-ənvar, c. 36, s. 134; əl-Mənaqib, c. 3, s. 23.
[6] Təfsir Əhlül-beyt (əleyhimus-səlam), c. 18, s. 194; Biharül-ənvar, c. 36, s. 133; Təfsir əl-Qummi, c. 2, s. 428 (burada «سَرَّهُ» sözü «سَيِّدَهُ» əvəzinə qeyd edilmişdir); Nurüs-səqəleyn; əl-Burhan (bu mənbələrdə də «سَرَّهُ» sözü «سَيِّدَهُ» əvəzinə gəlmişdir).