İmam Əli (ə) hərəmi İslam ümmətinin mədəni və sivilizasiya irsinin dirçəldilməsi, həmçinin orijinal İslam incəsənətinin qorunması istiqamətindəki missiyası çərçivəsində ərəb xəttatlığı üzrə «İmam Əli (ə) fəzilətləri və siması» adlı müsabiqənin keçirildiyini elan etmişdir.
Müsabiqə hərəmin Fikir və Mədəniyyət İşləri Bölməsi tərəfindən təşkil olunur.
Fikir və Mədəniyyət İşləri Bölməsinin rəhbəri Kərrar əl-Hillu hərəmin Xəbər Mərkəzinə verdiyi müsahibədə bildirib:
Bu müsabiqənin mövzusu imam Əli ibn Əbu Talibin (ə) xüsusiyyətləri, fəzilətləri və həyat yolundan ilham almışdır. O Həzrət bütün insani və İslami dəyərləri özündə cəmləşdirən kamil şəxsiyyətdir. Bu məfhumlar xəttat sənətkarlar üçün yaradıcılıq mühiti yaradır ki, onlar bu dəyərləri orijinallıq və yeniliyi özündə birləşdirən bədii əsərlər vasitəsilə ifadə etsinlər. Eyni zamanda bu iş ərəb xəttinin mədəni və sivilizasiya kimliyinin ən mühüm təzahürlərindən biri kimi mövqeyinin möhkəmlənməsinə kömək edir.
O əlavə edib:
Bu müsabiqə ərəb xəttatlığı sənətinin gözəlliklərini tanıtmaq və mübarək imam Əli (ə) şəxsiyyətini təmsil etdiyi uca dəyərlərdən ilham almaq məqsədi daşıyan mədəni-bədii layihədir.»
Müsabiqənin təşkilat komitəsi bütün təcrübəli, bacarıqlı və peşəkar xəttatları bu tədbirdə iştirak etməyə və öz bədii əsərlərini təqdim etməyə dəvət etmişdir. Təqdim ediləcək əsərlər Əmirəl-möminin imam Əlinin (ə) uca məqamına və ərəb xəttatlığı sənətinin parlaq keçmişinə layiq olmalıdır.
Müsabiqənin texniki şərtləri və elan olunmuş vaxt cədvəli ilə tanış olmaq istəyənlər aşağıdakı keçiddən istifadə edə bilərlər: https://www.imamali.net/fcomp