Əmirəlmöminin imam Əlinin (ə) müqəddəs hərəminin nurani astanasında qəlblər rahatlıq tapır, ruhlar isə aramlıq sahilinə yetişir. Bu gün könüllər ziyarət eşqi ilə döyünür, o Həzrətin görüşünə qovuşmaq şövqü ilə yaşayır. İlahi rəhmət qapıları aşiqlərin və ziyarət həsrəti çəkənlərin üzünə açılmışdır. Hər kəs bu müqəddəs məkanda mənəvi hüzur, səkinət və Allahın sonsuz mərhəmətini hiss edir.






