Minlərlə hövzə tələbəsi və müəllimi, dini mərcələrin nümayəndələri, müqəddəs ziyarətgahların məsul şəxsləri, qəbilə ağsaqqalları və ictimai xadimlər mərcəyi-təqlid Ayətullahül-üzma Şeyx Məhəmməd İshaq Fəyyazın (Allah rəhmət eləsin) cənazəsinin dəfn mərasimində iştirak edərək, bu ilahi alimi son mənzilə yola saldılar.
Mərhum mərcənin cənazəsi onun ofisindən Əmirəlmöminin həzrət Əlinin (ə) mübarək hərəminə doğru izdihamlı şəkildə müşayiət olundu.
Hərəmin girişində imam Əli (ə) hərəminin qəyyumu Seyid İsa əl-Xərsan, əmanətçilər şurasının üzvləri, müxtəlif şöbələrin rəhbərləri və hərəmin bir qrup xidmətçisi mərhumun cənazəsini qarşıladılar.
Həmçinin Əmirəlmöminin həzrət Əlinin (ə) müqəddəs hərəminin mənəvi atmosferində mərhum mərcənin cənazə namazı, matəm və anım mərasimi təşkil edildi.




