İmamət və Vilayət bayramı ərəfəsində müqəddəs imam Əli (ə) hərəminin təşəbbüsü ilə Nəcəf şəhərinin əsas küçələri, meydanları və imam Əli (ə) hərəminin ətrafı xüsusi bəzəklərlə, Qədir Xum bayraqları və bayram şüarları ilə zinətləndirilib.
Bu hazırlıqlar Qədir Xum bayramı münasibətilə keçiriləcək mərasimlərin və tədbirlərin qarşılanması, eləcə də bayram ab-havasının yaradılması məqsədilə həyata keçirilir. Şəhərdə qurulan bəzək elementləri və bayraqlar Qədir bayramının əzəmətini və Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) vilayət məqamını əks etdirir.








