Qədir Xumda vilayətin elan olunması İslam tarixində misilsiz bir dönüş nöqtəsidir ki, həzrət Məhəmməd peuğəmbər (s) burada imam Əlini (ə) özünün vəli və canişini kimi təqdim etmiş, bununla dinin kamilləşdiyini və ilahi nemətin tamamlandığını elan etmişdir.
Lakin bu böyük günün fəziləti bununla məhdudlaşmır; rəvayətlərə görə Qədir Xum hadisəsi tarix boyu ilahi canişinlərin və rəhbərlərin təyin olunması ənənəsinin davamı və təzahürü kimi də dəyərləndirilir.
Qədir Xumun ilahi peyğəmbərlərin sünnəsi ilə əlaqəsi
Qədir Xumda vilayətin elan olunması təkcə tarixi bir hadisənin xatırlanması deyil; Əhli-beyt rəvayətlərində bu gün elə bir gün kimi təqdim olunur ki, Allah həmin gündə Adəmın tövbəsini qəbul etmiş, İbrahimi oddan xilas etmiş və ilahi peyğəmbərlər öz canişinlərini təyin etmişlər.
Bu baxışa görə Qədir Xum, tarix boyu davam edən bir ilahi sünnətin təcəssümüdür: hidayət əmanətinin vəzifəli canişinə verilməsi və risalət yolunun davam etdirilməsi. Əhli-beyt (ə) düşüncəsində bu gün bütün ilahi əhdlərin bir-birinə bağlandığı bir həlqə kimi qiymətləndirilir. Aşağıda imam Sadiqdən (ə) nəql edilən rəvayət bu dərin əlaqəni izah edir.
Mufəzzəl ibn Ömər imam Sadiqə (ə) dedi: Ey mənim ağam! Mənə əmr edirsinizmi ki, bu gündə (Qədir Xum günü) oruc tutum?
İmam Sadiq buyurdu: Bəli, Allaha and olsun, bəli, Allaha and olsun! Bu gün elə bir gündür ki, Allah Adəmın (ə) tövbəsini qəbul etdi və o da şükür olaraq həmin gün oruc tutdu.
Bu gün elə bir gündür ki, Allah İbrahimi (ə) oddan xilas etdi və o da Allahın şükrü olaraq həmin gündə oruc tutdu.”
Bu gün elə bir gündür ki, Musa Harunı (ə) öz canişini və rəhbəri kimi xalqa tanıtdı və o da Allahın şükrü olaraq həmin gün oruc tutdu.
Bu gün elə bir gündür ki, İsa (ə) öz vəsisini, Şəmun Səfani aşkar etdi və o da Allahın şükrü olaraq həmin gündə oruc tutdu.
Bu gün elə bir gündür ki, həzrət Məhəmməd peyğəmbər (s) imam Əlini (ə) insanlar arasında rəhbər və nişanə kimi təyin etdi, onun fəzilətini aşkar etdi; buna görə də o Həzrət də Allahın şükrü olaraq həmin günü oruc tutdu.” [1]
Vilayət; peyğəmbərlərin ortaq irsi
Bəzi günlər yalnız bir zaman kəsiyi deyil, tarix boyunca davam edən bir həqiqəti daşıyır. O günlər ki, “hidayət əmanəti” bir peyğəmbərdən onun canişininə təhvil verilir və dinin yolu fasiləsiz şəkildə davam edir.
İmam Əli (ə) buyurmuşdur: Bu gün Şeysin (ə) günüdür; bu gün İdrisin (s) günüdür; bu gün Yuşənin günüdür; bu gün Şəmunin günüdür. [2]
Mənbələr
[1] Əvalim əl-Ulum: c.2, s.212
[2] Misbah əl-Mutəhəccid: c.1, s.755; Mənaqib Ali Əbi Talib: c.2, s.243; Biharul-Ənvar: c.37, s.164