Bu qlobal kampaniyanın başladılmasında məqsəd Qədir Xum mədəniyyətinin təbliği, Əmirəlmöminin imam Əliyə (ə) beyət rəmzinin dirçəldilməsi və geniş yayılması, həmçinin Qədir Xum mesajının dünya mediası və virtual məkanında qlobal şəkildə tanıdılmasıdır.
Bu kampaniya 28 may 2026-cı il, cümə axşamı günü başlayacaq. Dünyanın hər yerindən maraqlanan şəxslər, media fəalları və geniş ictimaiyyət Qədir-Xumla bağlı videolar hazırlayıb #TheGreatNews həştəqi ilə paylaşaraq bu qlobal hərəkata qoşula bilərlər.
Vilayət mesajının yayılması və Qədir-Xum çağırışının dünyaya çatdırılması istiqamətində həyata keçirilən bu kampaniya, Əmirəlmöminin imam Əliyə (ə) sevgi və beyətin xalq, media və beynəlxalq müstəvidə nümayiş etdirilməsini hədəfləyir.
Bu münasibətlə bütün insanlar, media nümayəndələri, mədəni qruplar və Əhli-beyt (ə) sevərləri Qədir Xum, vilayət, Əmirəlmöminin imam Əliyə (ə) beyət, Qədir Xum bayramı mərasimləri, o Həzrətə sevgi və ehtiramın ifadəsi, eləcə də Mübarək Qədir Xum bayramının xalq arasındakı təzahürləri mövzusunda videolar hazırlayıb paylaşmağa dəvət olunur.
İştirakçılar öz işlərini qısa videolar, yaradıcı kliplər, mərasim reportajları, xalq mesajları, mədəni fəaliyyətlər və Qədir Xumla bağlı media məzmunu formasında hazırlayaraq #TheGreatNews həştəqi ilə yayımlaya və ya Telegram-da Imamaliholyshrine110@ ünvanına göndərə bilərlər.
Bu təşəbbüs imam Əli (ə) hərəminin beynəlxalq media qurumunun rəhbərliyi ilə keçirilir və seçilmiş 110 əsər üçün Əmirəlmöminin imam Əlinin (ə) mübarək hərəminin təbərrük hədiyyələri nəzərdə tutulub.