Most searched:

Əmirəl-möminin Əli (ə)

Əmirəl-möminin Əli (ələyhis-salam) tərəfindən Qədir Xum hədisinə istinad edilməməsi şübhəsi!

Bəzi kəslər İslam kitablarına – hədis, tarix və təfsirə – tam bələd olmamaları üzündən Əmirəl-möminin Əliyə (ələyhis-salam) Qədir Xum hədisinə istinad etməməsi şübhəsini ortaya atmışlar. Sünni alimlərinin kitablarında çoxlu mətləblər nəql olunub ki, nəinki Əmirəl-möminin Əli (ələyhis-salam) özü, hətta İmamlar (ələyhimüs-salam) və bu məktəbin davamçıları da Qədir Xum hədisinə istinad etmişlər.

Höccətül-İslam vəl-Müslimin Məhəmməd Cəfər Təbəsi “Təhrifate Vaqieye Bozorge Ğədir-Xom dər Goẕəre Tarix” (Tarixin Keçmişində Böyük Qədir-Xum Hadisəsinin Təhrifləri) adlı yazısında belə deyir:

Bu şübhə belə bir formada irəli sürülmüşdür ki, əgər Qədir hadisəsi Əmirəl-möminin Əlinin (ələyhis-salam) imaməti və vilayətinə dəlalət edirdisə, onda o Həzrət (Şura) günündə ona (bu hədisə) istinad edərdi.

Həqiqət və reallıq

Həqiqət budur ki, bu cür etiraz etmə və şübhə yayma, ya tarixə olan cəhalətin nişanəsidir, ya da Əmirəl-möminin Əli (əleyhis-salam) haqqındakı qəti tarixi həqiqətləri inkar etməkdən qaynaqlanır.

Həzrət Kufədə «Rəhbə» adlanan bir bölgədə özünün Qədir Xum hədisinə istinad edərək etiraz və isbat etməsinə işarə etmişdir və bəzi sünni alimləri də buna açıq şəkildə işarə etmişlər.

Hənəfi məzhəbindən olan Xarəzmi (ö. 568 qəməri) – sənədlə – Rəsulullahın (salləllahu ələyhi və alih) böyük səhabəsi Əbutufeyldən nəql etmişdir ki, Şura günü mən Əmirəl-möminin Əli (ələyhis-salam) ilə birlikdə evdə idim və eşitdim ki, o, orada olanlara buyurdu:

Mən sizinlə elə bir şeylə (dəlillə) mübahisə edirəm ki, nə ərəbiniz, nə də əcəminiz onu dəyişdirə bilməz.

Sonra buyurdu:

Sizi Allaha and verirəm: içinizdə Qədir Xum günü Rəsulullahdan (salləllahu əleyhi və alih) – Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allahım! Ona tərəfdar olana sən də tərəfdar ol, ona düşmənlik edənə sən də düşmənlik et – buyurduğunu eşitməyən varmı?

Hamısı dedi: Yox, Allaha and olsun (hamımız bu sözü eşitmişik).

Mənbə: Tarixin keçmişində böyük Qədir-Xum hadisəsinin təhrifləri kitabından götürülmüşdür, müəllif: Höccətül-İslam vəl-Müslimin Məhəmməd Cəfər Təbəsi.

 

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir