Üçüncü bölmədə bu yazıda on iki imamın (ələyhimis-salam) rəsmi olaraq vilayət və imamətinin elan edilməsi mövzusu qeyd edilmişdir. Bu dördüncü bölmədə isə Əmirəlmöminin Əlinin (ələyhis-salam) əlinin Peyğəmbər (səlləllahu əleyhi və alihi) tərəfindən qaldırılması təsvir edilir.
Dördüncü bölmə: Əmirəlmöminin Əlinin (ələyhis-salam) əlinin Peyğəmbər (səlləllahu əleyhi və alihi) tərəfindən qaldırılması
مَعاشِرَ النّاسِ، هذا عَلِي أخي وَ وَصیي وَ واعي عِلْمي، وَ خَلیفَتي في اُمَّتي عَلی مَنْ آمَنَ بي وَعَلی تَفْسیرِ کتابِ الله عَزَّوَجَلَّ وَالدّاعي إِلَیهِ وَالْعامِلُ بِما یرْضاهُ وَالُْمحارِبُ لاَِعْدائهِ وَالْمُوالي عَلی طاعَتِهِ وَالنّاهي عَنْ مَعْصِیتِهِ. إِنَّهُ خَلیفَةُ رَسُولِ الله وَ أَمیرُ الْمُؤْمِنینَ وَالْإمامُ الْهادي مِنَ الله، وَ قاتِلُ النّاکثینَ وَالْقاسِطینَ وَالْمارِقینَ بِأَمْرِالله. یقُولُ الله: (مایبَدَّلُ الْقَوْلُ لَدَی). بِأَمْرِک یارَبِّ أَقولُ: اَلَّلهُمَّ والِ مَنْ والاهُ وَعادِ مَنْ عاداهُ (وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَهُ) وَالْعَنْ مَنْ أَنْکرَهُ وَاغْضِبْ عَلی مَنْ جَحَدَ حَقَّهُ .
Ey insanlar! Bu Əli (ələyhis-salam) mənim qardaşım, vəsisim və elmimi qoruyandır. O, həmçinin mənim ümmətim arasındakı varisimdir, mənə tabe olanların və Allahın kitabını təfsir edənlərin rəhbəridir; insanlar onu izləsin və onun razılığını təmin edən işləri yerinə yetirsin və onun düşmənləri ilə mübarizə aparsın.
O, Allahın əmrinə itaət edənlərin dayaqıdır və Onun əmrindən üz döndərməyin qarşısını alandır. Həqiqətən, o, Allahın Peyğəmbərinin varisi, möminlərin hökmdarı və Allah tərəfindən hidayət edilən rəhbərdir; Allahın əmri ilə andı pozanlara, haqqa və doğruluqdan üz döndərənlərə, din yolundan sapmışlara qarşı mübarizə aparandır. Allah buyurur: Mənim əmrim dəyişdirilməyəcəkdir.
Ey Rəbbim! İndi Sənin əmrinlə belə dua edirəm: Allahım! Onun dostlarını dost, düşmənlərini düşmən tut. Onun dəstəkçilərini dəstəklə, köməkçilərinə yardım et. Onun köməyindən üz döndərənləri öz halına burax. Onun inkar edənlərini mərhəmətindən uzaqlaşdır və üzərlərinə Öz qəzəbini endir.
اللهمَّ إِنَّک أَنْزَلْتَ الْآیةَ في عَلِي وَلِیک عِنْدَتَبْیینِ ذالِک وَنَصْبِک إِیاهُ لِهذَا الْیوْمِ: (الْیوْمَ أَکمَلْتُ لَکمْ دینَکمْ وَأَتْمَمْتُ عَلَیکمْ نِعْمَتي وَ رَضیتُ لَکمُ الْإِسْلامَ دیناً) ، (وَ مَنْ یبْتَغِ غَیرَ الْإِسْلامِ دیناً فَلَنْ یقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخاسِرینَ) . اللهمَّ إِنِّي أُشْهِدُک أَنِّي قَدْ بَلَّغْتُ
Ey Allahım! Sən Özün onu seçdiyin zaman və onun vilayətini açıqladığın vaxt nazil etdin ki: Bu gün Mən sizin dininizi kamala yetirdim, sizə olan nemətimi tamamladım və İslamı sizin dininiz olaraq qəbul etdim. Və kim İslamdan başqa bir din axtararsa, ondan qəbul olunmayacaq və o, axirətdə ziyana uğrayanlardan olacaq. Ey Rəbbim! Səni şahid tuturam ki, mən Sənin əmrini insanlara çatdırdım.
Bu məqalənin davamını beşinci hissədə oxuyun.
Mənbələr
- Əllamə Əmini, Əl-Ğədir, c. 1, s. 12–151 və 294–322.
- Şeyx Abdullah Bahrani, Əvamil əl-Ulüm, c. 15/3, s. 307–327.
- Əllamə Məclisi, Biharul- Ənvar, c. 37, s. 181–182.
- Hürr Amuli, İsbət əl-Hudat, c. 2, s. 200–250.
- Seyyid İbn Tavus, Əl-Təraif, s. 33.